Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cumhuriyyəti Baş Baxanının Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Sehrulla Quliyev
Sehrulla Xeyrulla oğlu Quliyev (2 oktyabr 1999; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sehrulla Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işdə çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Hidrotermal məhlullar
Hidrotermal məhlullar (ing. hydrotermal solution s, rus. гидротермальные растворы) — maqmadan ayrılan su buxarları və onları müşahidə edən qazların temperaturu aşağı düşərkən əmələ gələn, maqmatik mənşəli isti su məhlullarıdır. Hidrotermal məhlullar Yer qabığında sirkulyasiya edir və mineral maddələrin yerləşməsinə və çökməsinə səbəb olur. Bu və ya digər anionların üstünlüyünə görə xloridli, sulfatlı və başqa hidrotermal məhlullar ayrılır. İsti hidrotermal məhlullar Yer təkinə süzülmüş səth sularının hesabına da əmələ gələ bilər. Sinonimi "hidrotermlər"di.
Həqiqi məhlullar
Həll olmuş maddə hissəciklərinin ölçüsü 1 nm-dən kiçik olan dispers sistemlərə həqiqi və ya molekulyar məhlullar (yaxud sadəcə məhlullar) deyilir. Belə məhlullarda həll olmuş maddə həlledicinin molekulları arasında molekul və ya ionlar şəklində paylanır. İki və ya daha artıq komponentdən təşkil olunmuş birfazalı sistem məhlul adlanır. Məhlullar homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent həlledici hesab olunur. Məhlullar eyni aqreqat halına malik komponentlərdən əmələ gəldikdə isə miqdarca çoxluq təşkil edən komponent həlledici hesab olunur. Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar. Qazlarda molekullararası qarşılıqlı təsir son dərəcə az olduğundan adi təzyiqlərdə onlar bir-birində qeyri-məhdud şəkildə həll olur. Sıxılmış qazlar mayeni və hətta bərk maddəni həll edir.
Zəbbulla Əliyev
Zəbbulla Əliyev (tam adı: Əliyev Zəbbulla Xeyrulla oğlu; 6 mart 1946, Sabirabad – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1946-cı il 6 mart tarixində Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası idi. Uşaqlar 38 №-li məktəbdə təhsil, alır. Vüqar, Leyla, Sevinc, İzzət. Kiçik oğlu Rauf ruhi xəstədir. Zəbbulla Əliyev XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. Anadan olduğu kənddə dəfn edilib.
Beynəlxalq Siyasi Məhbuslar Günü
Beynəlxalq Siyasi Məhbuslar Günü (rus. День памяти жертв политических репрессий) - hər il Sovet İttifaqında siyasi repressiyaların qurbanı olan insanları yad edildiyi gün. 30 oktyabrda qeyd olunur.Bu günün tarixi 1974-cü ildən - SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.
Məhlullar və dispers sistemlər
Məhlullar — iki və ya daha artıq komponentlərdən təşkil olunmuş birfazalı sistemdir. Dispers sistem- bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə deyilir. Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. == Məhlullar == Təmiz maddələrdə olduğu kimi məhlul da homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent "həlledici" adlanır. Məsələn, müxtəlif duzlar, şəkər və s. suda həll olduqda, suyun aqreqat halı dəyişməz qalır. Məhlulun eyni aqreqat halına malik komponentlərdən (qaz+qaz, maye+maye, bərk+bərk) əmələ gəlməsi zamanı isə miqdarca çoxluq təşkil edən komponent həlledici olur. == Doymamış, doymuş və ifrat doymuş məhlul == Verilmiş müəyyən temperaturda məhlulda həll olan maddənin yeni əlavə edilmiş kristalları həll olarsa, belə məhlul doymamış məhlul adlanır.
Qacar şahzadəsi Məculla Mirzənin portreti
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi.Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədi və onun altında mavi "don" görünür.