Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mihrəngiz Qadınəfəndi
Mihrəngiz Qadınəfəndi (15 oktyabr 1869, Soçi – 12 dekabr 1938, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin üçüncü xanımı. == Həyatı == Mihrəngiz xanım 15 oktyabr 1869-cu ildə Rusiyanın Soçi şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən ubix olub, əsl adı Fatmadır. Davam edən Rusiya-Osmanlı müharibəsi səbəbilə ailəsi İstanbula köçmüş, burada azyaşlı Fatma saraya təslim edilmişdir. Sarayda xüsusi təhsil və piano təlimi alan Fatmanın adı dəyişdirildi və Mihrəngiz qoyuldu. Çox keçmədən sarayda Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 4 aprel 1887-ci ildə onunla vəliəhd sarayında evləndi. 2 mart 1888-ci ildə yeganə övladı olan Şahzadə Ömər Hilmi Əfəndini dünyaya gətirdi. 1924-cü ildə digər ailə üzvləri ilə birlikdə ölkəni tərk etdi və oğluyla birlikdə İsgəndəriyyəyə getdi. Çox keçmədən 2 noyabr 1935 tarixində oğlu burada iflic oldu və vəfat etdi. Özü isə 12 dekabr 1938-ci ildə İsgəndəriyyədə vəfat etdi və cənazəsi burada dəfn olundu.
Şəhrəngiz
Şəhrəngiz və ya Şəhraşub – qədim və orta əsrlər Şərq poeziyasında, o cümlədən Azərbaycan ədəbiyyatında şəhәr hәyatının, mәişәtinin, müxtəlif sənət adamlarının tәsviri vә tәrәnnümü ilә bağlı şeir. == Haqqında == Azərbaycan poeziyasında Məhsəti Gəncəvi şəhrəngiz poetik janrının gözəl nümunələrini yaratmışdır. Bu janrda əsasən sadə zəhmət adamları, müxtəlif peşə sahibləri vəsf edilir. Füzulinin «şəhraşub» və «şəhrəngiz» adlanmalı bir silsilə şeiri vardır. «Şəhraşub» musiqidə də olub, «Şur» muğamında ayrıca bir guşə imiş və çalına-çalına orta əsrlərdən günümüzə qədər gəlib çatmışdır. Orta əsrlərin dərinlərində şairlər ayrı-ayrı şəhərləri və şəhər sənətkarlarını söz meydanına çəkən silsilələr yaradaraq adına da şəhraşub demişlər. Əvvəllər bu şeirlər daha çox satirik, ifşaçı biçimdə yazılırmış ki, hər birinin doğulması şəhəri də vəlvələyə salırmış, ədəbiyyatda da hay-küy doğururmuş. Şəhraşub yazdığına görə müxtəlif cəzalara məruz qalanlar, hətta dili kəsilənlər barədə tarixin şahidliyi var. Sam Mirzə «Töhfe-yi Sami»sində Hərfi İsfahani deyilən şairin Gilan əhlinin həcvinə şəhraşub yazdığını, buna görə də müttəhim bilindiyini, dili kəsildiyini yazır. Türkdilli ədəbiyyatda bu şeir şəklinə həvəslə müraciət edilmiş və onun bir sıra maraqlı örnəkləri yaradılmışdır.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Zərəngiz Tağızadə
Zərəngiz Əliqulu qızı Tağızadə (16 mart 1927, Bakı – 14 oktyabr 2005) — Azərbaycanın Əməkdar həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Zərəngiz Tağızadə 1927-ci ilin mart ayının 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1933-cü ildə Bakı şəhərinə yüksək təlimi ilə seçilən 156 saylı orta məktəbə daxil olaraq 1943-cü ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Qəlbində həkim olmaq istəyi Zərəngiz xanımı tibb instituna gətirmiş və qəbul imtahanlarını müvəfəqiyyətlə verərək N. Nərimanov adına Azərbayjan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Çalışqanlığı və ciddiliyi ilə digər tələbələrdən seçilən Zərəngiz xanım təhsil aldığı illəridə böyük uğurlar qazanmışdır. Bütün imtahanlardan yanlız əla qiymətlər alan Zərəngiz xanım dövrünün ən yüksək təqaüdü olan və çox az miqdar tələbəyə nəsib olan Stalin təqaüdünə laiq görülmüşdür. Ciddi olmaqla yanaşı təşkilatçılıq qabiliyyətini nəzərə alaraq fakültə Komsomol Komitəsinin katibi seçilmişlər. Hələ tələbə ikən elmi işlərə böyük maraq göstərən və tələbə elmi cəmiyyətinin fəal üzvü olan Zərəngiz xanım professor M. Mirqasımovun rəhbərliyi altında "Serroz iltihabın" araşdırmasına dair eksperimentlər aparmış və almış olduğu nəticələr haqqında elmi konfranslarda maraqlı məruzələr etmişdir. 1948-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra onu Tibb İnstitutunda professor Emin Əfəndiyevin rəhbərlik etdiyi "Daxili Xəstəliklərin Propedevtikası" kafedrasında ordinatoraya qəbul etmişlər. 1952–55-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində işləmiş, 1955-ci ildə isə elmi işlərini davam etdirmək məqsədilə aspiranturaya daxil olmuş və görkəmli kardioloq, akademik Cahangir Abdullayevin rəhbərliyi altında elmi tədqiqat işlərinə başlamışdır. 4 il müddətində gərgin əməyi öz bəhrəsini vermişdir.
Zərəngiz Dəmirçi Qayalı
Zərəngiz Dəmirçi Qayalı (tam adı: Zərəngiz Dəmirçi qızı Mansurova; d.20 yanvar 1962; Qazax, Daş Salahlı) — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairə. == Həyatı == Zərəngiz Mansurova 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kədində anadan olub. 1979-cu ildə Daş Salahlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar (AYB) və Jurnalistlər Birliklərinin (AJB), Jurnalist Qadınlar Assosiasiyasının üzvü, Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar surasının sədr müavini olan Zərəngiz xanım “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” “Kəsərli qələm” və digər media mükafatları laureatıdır. Yaradıcılığına görə AYB-nin Yeni Yazarlar və Sənətçilər Qurumunun “İlin qadın şairi”, “Qayalı” kitabı “Qarabağ mövzusunda ilin qadın yazarının kitabı” nominasiyasının qalibi, Beynəlxalq “Nizami Gəncəvi”, S.Vurğunun ev-muzeyinin “Səməd Vurğun”, AYB-nin R.Rza Fondunun Beynəlxalq “Rəsul Rza” və digər mükafatlarına, Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin dəstəyi ilə 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Nurəddin İsmayıllı ilə ailəli olan Zərəngiz Qayalının Aynur, Ülkər, Abutel, İbrahim adlı övladları, Banu adlı nəvəsi vardır. == Fəaliyyəti == İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziya verilişlərində əsərləri səsləndirilmiş Zərəngiz xanımın 2010-cu ildə “M.Şəhriyar” Ədəbi Birliyinin dəvəti ilə Təbriz, Məşhəd, Qəzvin, Rəşt, Miyanə və digər 30 şəhərində olmuş müəllifin “Haqqı sevdim” (2001), “Vəfam mənim” (2006)”, “Güllələnmişlər” (2006), “Qayalı” (2008), “Əziz rəhbər” (2013), “Oğul” (2016) adlı şeir və poemalardan ibarət kitabları dərc olunub.