Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metallurq (dəqiqləşdirmə)
Metallurq — Metallurgiyada ixtisas
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Metallurq Rustavi FK
Metallurq Rustavi – Gürcüstanın futbol klubu. == Tarixi == Sovet vaxtında klub “Metallurq” (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda “Qorda” və FC Rustavi adı altında çıxış edib. SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra - 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi - 1973, 1974, 1977-1979, 1982-1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb. 1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi. 1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi “Kəpəz” idi.
Metallurq Skopye FK
Metalurq — Makedoniya Respublikasının futbol klubu.
Metallurq Zaporojye FK
Metalurğ (Zaporijya) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Nazim Əfəndiyev (metallurq)
Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; d. 16 dekabr 1963. Bakı, Azərbaycan SSR, SSRİ) — “Metalloinvest” İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. “Rusiya Federasiyasının fəxri metallurqu” (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011). == Həyatı == Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – “Magistr Biznes-İnzibatçılıq”) xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985-1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N.Əfəndiyev “Sibirskiy alyuminiy” kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, “Russkiy alyuminiy” kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən “NOSTA” ASC və “Uralskaya Stal” kompaniyasında satış üzrə direktor işləyib.
Qələvi torpaq metalları
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.