Metallurgiya
Metallurgiya — ərintilər adlanan metal elementlərinin, onların metallararası birləşmələrinin və qarışıqlarının fiziki və kimyəvi davranışını öyrənən elm və mühəndislik sahəsi. Metallurgiya, metalların elm və texnologiyasını; yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni Metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya ilə məşğul olan mütəxəssis metallurq adlanır.
Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiyaya və fiziki metallurgiyaya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir.