Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raps mişarcısı
Raps mişarcısı-(lat. Athalia rosae) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin fərd açıq-narıncı rənglidir. Başı qaradır. Belində qara ləkələr var. Erkəklər dişilərdən xeyli kiçikdir. Dişilərin mişarşəkilli yumurta qoyanı vardır. Uzunluğu 7–8 mm-dir. Yumurtası uzunsov ovalşəkilli olur, pupu sarıdır. Pupun uzunluğu 7 mm, baramanınki isə 6–11 mm-dir. == Həyat tərzi == Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Fəhəd əl-Mirdasi
Fəhəd əl-Mirdasi (ərəb. فهد المرداسي‎; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimi. Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır. Bu səbəbdən o, həbs edilmişdir. Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.