Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.
Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir.
"Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir.
Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.