Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miralay
Miralay (Osmanlı dili: ميرآلای), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və kaymakam rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Miralay rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Miralayevlər
Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəslidir. == Soyun tarixi == Əslində bu soy "Miralay" olmalıdır. Qazaxlılar davamlı olaraq Osmanlı ordusunda xidmət etdiyinə görə soy adı "Miralay"-Əmiralay-Alay Əmiri (indiki Polkovnik) hərbi rütbəsindən götürülmüşdür. Hazırda bu soy Miralılar kimi tanınır. Bu günədək qalmış Miralaylar (Miralılar) şəcərəsindən (soy ağacından) göründüyü kimi bu soyun 450 illik tarixi məlumdur. Qazax sultanlığı dövründə Qazax Sultanlarından biri Miralı bəy olmuşdur. == Görkəmli şəxsləri == Mustafa Bəy Miralayev (19-cu əsrin 60-cı illəri) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir. Yasin bəy Miralayev — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, tanınmış tacir.
Mustafa Bəy Miralayev
Mustafa Bəy Miralayev (XIX əsrin 60-cı illəri—?) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir. == Ailəsi == Qazax rayonunun Daş Salahlı kəndinə mənsub Miralayevlər soyundandır. 4 oğlu, 4 qızı olmuşdur. Fikrət Seyidov, Mirvarid Dilbazi və Yaqut Dilbazinin ana tərəfdən babasıdır. == Mənbə == Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
Teymur Miralayev
Teymur Miralayev (1904, Qazax rayonu – 1999, Bakı) — Azərbaycan tarixçisi. == Həyatı == Teymur Miralayev 1904 -cü ildə Qazax qəzasında anadan olmuşdu. O, tarixçi idi. 1960-cı ildə "1917-1920-ci illərdə Qazax qəzasında kəndlilərin inqilabi hərəkatı tarixindən" disertassiyasını müdafiə edərək tarix elmləri namizədi elmi adını almışdı. Teymur Miralayev 1999-cu ildə Bakı şəhərində vəfat edib. == Əsərləri == Miralayev Teymur. Gəncə və Qazax Qəzalarinda kəndlilərin inqilabi hərəkatı bolşeviklərin rəhbərliyi[Mətn] (1917-1920-ci illər) Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.- 87 s. Miralayev Teymur. Azərbaycanın qırmızı qvardiyaçıları və qırmızı partizanları. Bakı: Azərnəşr,1970, 130 s.
Şatonyof-Miravay
Şatonöf-Miravay (fr. Châteauneuf-Miravail, oks. Chastèunòu-Miravalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04051. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 75 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 45 yaşda (15-64 yaş arasında) 33 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 65.3%). Fəal olan 33 nəfərdən 28 nəfər (17 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Şatonöf-Miravay
Şatonöf-Miravay (fr. Châteauneuf-Miravail, oks. Chastèunòu-Miravalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04051. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 75 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 45 yaşda (15-64 yaş arasında) 33 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 65.3%). Fəal olan 33 nəfərdən 28 nəfər (17 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Himalay
Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir. Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir. == Himalay dağlarının əmələ gəlməsi == Avrasiyaya birləşmədən əvvəl Hindistan Qondvananın bir hissəsi idi.
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Menalay
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Mikalar
Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalar (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir.
Mirabad
Mirabad (Səlmas) —
Miracal
Miracal (fars. مراجل‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Miramax
Miramax və ya Miramax Films — 1979-cu ildə ABŞ-nin Nyu-York şəhərində Harvey və Bob Vaynşteyn qardaşları tərəfindən yaradılmış olan film istehsalı şirkətidir. 1993-cü ildə The Walt Disney Company tərəfindən satın alınana qədər böyük miqyasda müstəqil filmlər istehsal etmişdir. Şirkətin ən məşhur olan filmlərinə Scandal, Sex, lies, and videotape, Tie Me Up! Tie Me Down!, The Crying Game, My Left Foot, Reservoir Dogs, Pulp Fiction, The English Patient, Heavenly Creatures ve Shakespeare in Love filmlərini nümunə göstərmək mümkündür. 28 yanvar 2010-cu ildə The Walt Disney Company tərəfindən bağlanmışdır. 1 mart 2016-cı ildə beIN Media Group Miramax şirkətini satın aldığını elan etmişdir.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Himalay Qasımov
Himalay Qasımov (tam adı: Qasımov Himalay Ənvər oğlu; 21 fevral 1939, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor == Həyatı == Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. === Ailəsi === Evlidir. İki övladı var. === Təhsili === 1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Himalay ayısı
Asiya qara ayısı (lat. Ursus thibetanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bədənin uzunluğu erkəklərdə 158–171, dişilərdə 128–144 sm-dir. Erkəklərin kütləsi 120–150, dişilərin isə 50–125 kq-dır. Əsasən giləmeyvə, ağacların yarpaqları və toxumları ilə qidalanırlar. Himalay ayıları Şərqi Asiyada, Rusiyada isə Primorskiy diyarında və şimali Amur ərazisində yayılmışdır. Himalay ayısı vegeteriandır. Himalay ayıları ağaclara asnlıqla çıxırlar. Qışda Himalay ayıları özlərinə qış yataqları hazırlayırlar. İri koğuş ağacları axtarıb tapır, koğuşları təmizləyirb genişləndirirlər.
Himalay dağları
Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir. Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir. == Himalay dağlarının əmələ gəlməsi == Avrasiyaya birləşmədən əvvəl Hindistan Qondvananın bir hissəsi idi.
Himalay marmotu
Himalay marmotu (lat. Marmota himalayana) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu heyvanlar Pakistanın Deosay və Hindistan Kəşmirindəki Ladakx düzənliklərində yaşayırlar. Himalay marmotları iri pişik böyüklüyündə olub koloniyalarla yaşayırlar.
Himalay podofili
Sinopodophyllum hexandrum (lat. Sinopodophyllum hexandrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin sinopodophyllum cinsinə aid bitki növü.
Himalay qarakərkəsi
Himalay qaraçöhrəsi
Himalay qaraçöhrəsi (lat. Taxus wallichiana) qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Himalay serousu
Himalay serousu (Capricornis thar) — keçi-antilop Serou cinsinə aid növ. İntensiv ovlanma sayəsində sayları getdikcə azalır. == Yayılması == Himalay serousu şərq və cənub-şərqi Banqladeş, Butan, Nepal, Şimali Hindistan və Myanma ərazilərində yayılmışdır.
Himalay sidri
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Himalay skopoliyası
Himalay sərvi
Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir. Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. Azərbaycanda bağ və parklarda rast gəlinir. Abşeron da boz-qonur, karbonatlı torpaqlarda. Quru səhra iqlimli şəraitdə zəif böyüyür. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Himalay xaşxaşı
Meconopsis grandis və ya Himalay xaşxaşı- Meconopsis cinsinə aid bitki növü.Himalay xaşxaşı, Butanın milli gülüdür.
Loralay rayonu
Loralay rayonu — Bəlucistan əyalətinin şimalında rayon.Loralay şəhərinin inzibati-mərkəzi