Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oşikoçi Mitsune
Oşikoçi Mitsune (yaponcaː 凡河内 躬恒, IX əsr – X əsr) - Erkən Heyan dövründə sarayda inzibatçı, məşhur vaka şairi. == Haqqında == Erkən orta əsrlərdə yapon şairlərinin sosial tərkibi müxtəlif idi. Burada imperatorlara, feodallara, kəndlilərə rast gəlmək olurdu. Hətta şairlər içərisində rahiblər belə var idi. Saray inzibatçısı olan Oşikoçi Mitsunenin vaka şairi kimi tanınması da bu baxımdan dövrün qanunauyğunluğuna müvafiqdir. Oşikoçi Mitsune 859-cu ildə anadan olub. Yaponiya üçün xarakterik cəhətlərdən biri təbiəti seyr etmək ənənəsidir (“見” {mi} “baxmaq” heroqlifi ilə qeyd olunur). Məs., hanami (花見) – çiçəkləri seyr etmək, xüsusilə də, sakuranın çiçəklənməsi prosesi; tsukimi (月見) – ayı seyr etmək. Bəlkə də buna görə Yaponiya poeziyasında təbiətin, çiçəklərin təsvirinə daha geniş yer verilir, onlar simvollara çevrilirlər. Bənövşəyi və çəhrayı rəngdə olan haqi çiçəkləri Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.
Kitsune
Kitsune (yap. 狐) — yapon dilində tülkü. Yaponiyada tülkünün iki növü var: Honsyuda yaşayan yapon sarı tülküsü (hondo kitsune; Vulpes vulpes japonica) və Hokkaydo tülküsü (kita kitsune; Vulpes vulpes schrencki).
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 186 nəfərdir. == Toponimiyası == Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. == Tarixi == Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Toşiro Mifune
Toşiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır. == Həyatı == Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı. 1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir.
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
İsay Mişne
İsay Mişne (1895— 20 sentyabr 1918)- dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin işçisi. İsay Mişne 1918-ci ildə ingilislər tərəfindən güllələnib.