Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minaçılıq
Minaçılıq — Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biri. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. == Minaçılıq sənətinin üsulu == Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri metal parçdan üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra buradan əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. == Azərbaycan minaçılığı == Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur. Digər ölkələrin minaçılarına nisbətən Azərbaycan minaçılarının əsərləri daha çox şöhrət qazanmışdı, çünki onların əsələrində qarışıq, bulanlıq rəng olmazdı. Onların rəsmin boşluqlarına tökdükləri hər rəngin öz xüsusiyyəti olduğundan bu rənglər qızır və s. tel pərdəsi ilə bir-birindən ayrılır.
Xocaçılıq
Xocaçılıq və ya Xocaizm (alb. Hoxhaizmi) 1970-ci illərin sonunda reviziya əleyhinə hərəkatın parçalanması ilə formalaşmış antirevizionist marksizm-leninizm versiyası. İdeoloji cərəyan 1978-ci ildə Çin Kommunist Partiyası ilə Albaniya Əmək Partiyası arasında ideoloji mübahisədən sonra ortaya çıxmışdır. İdeologiya Albaniya Əmək Partiyasının birinci katibi vəzifəsində çalışmış Albaniya kommunist lideri Ənvər Xocanın adını daşıyır. == İstinadlar == == Xarici keçidlər == enver-hoxha.net Enver Hoxha multilingual website Enver Hoxha.
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.