Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daewoo Motors
Daewoo Motors — Cənubi Koreyanın 1982-ci ildə yaranmış avtomobil istehsalçısı olan şirkəti. Daewoo Group şirkətinin daxilində idi. Şirkət 2001-ci ildə əsas aktivlərini General Motorsa satır və 2002-ci ildə ləğv olunur. == Tarixi == Şirkət 1937-ci ildə National Motors adı ilə yaranmışdır. Daha sonra 1962-ci ildə şirkət Saenara Motors kimi adlanır. 1965-ci ildə şirkət Shinjin Motorsa çevrilir. 1972-ci ildə şirkət General Motors Korea (GMK) kimi adlanmağa başlayır. 1976-cı ildə şirkət Saehan Motors kimi adlandırılır. 1982-ci ildən etibarən isə şirkət Daewoo Motors kimi adlandırılır və 2002-ci ilə kimi fəaliyyət göstərir. Daewoo Motors-un ilk maşını 1986-cı ildə istehsal olunmuş Daewoo Racer olur.
General Motors
General Motors — 1908-ci ildə ABŞ-də yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar.
Kia Motors
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Morris Motors
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Tata Motors
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tesla Motors
Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir. Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir. 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib.2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir. Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb. Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür.Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir.. Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən müstəqil avtokonsern kimi görür. Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir. == İcmal == Tesla Motors elektrik mühəndisi və fizik Nikola Teslanın şərəfinə adlandırılıb. Tesla Roadster Teslanın 1882-ci il layihəsinə əsasən bilavasitə yaradılmış Dəyişən cərəyan mühərriki istifadə edir.
American Motors Corporation
American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur. AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır. == AMC sərnişin maşınları == Subkompakt 1955–1962: Metropolitan* 1970–1978: AMC Gremlin** 1979–1983: AMC Spirit 1981–1983: AMC Eagle (SX/4 və Kammback) 1983–1987: Renault Alliance – Renault 9 bazasında. 1984–1987: Renault Encore – Renault 11 bazasında.* – Metropolitan modeli Nash tərəfindən 1954-cü ildə təqdim olunub.** – Gremlin şirkətin ilk müasir subkompakt modelidir. Kompakt 1955–1956: Nash Rambler/Hudson Rambler 1957: Rambler Six/Rambler Rebel 1958–1969: Rambler American/AMC Rambler 1968–1970: AMC AMX 1968–1974: AMC Javelin 1970–1977: AMC Hornet 1975–1980: AMC Pacer 1978–1983: AMC ConcordKrossover 1980–1988: AMC EagleOrta ölçülü 1958–1960: Rambler Six/Rambler Rebel 1961–1966: Rambler Classic 1958–1964: Rambler Ambassador (1958–1962 həmçinin "Ambassador by Rambler" adlanır) 1965–1966: Rambler/AMC Marlin 1967–1970: Rambler/AMC Rebel 1971–1978: AMC MatadorTam ölçülü 1955–1956: Hudson Wasp 1955–1956: Nash Statesman 1955–1957: Hudson Hornet 1955–1957: Nash Ambassador 1965–1974: Rambler/AMC Ambassador 1967: AMC Marlin 1988–1992: Eagle Premier == Kolleksiya yararlılıq == AMC-nin bəzi modelləri hobbiçilər tərəfindən kolleksiya ediləbilən hesab olunur, bu siyahıya Javelin, AMX, həmçinin 1957 Rambler Rebel, 1965–67 Marlin, 1969 Hurst SC/Rambler, 1970 Rebel Machine və 1971 Hornet SC/360 aid edilir. Bu modellərin istehsalı az məşhurluq tapdığına görə məhdud sayda buraxılmışdır. === Hot Rod Magazine bərpa haqqında 1 aprel zarafatı === 2008-ci ilin aprel ayında Hot Rod Magazine jurnalı məqalə buraxaraq American Motors şirkətinin bərpa olunacağı barədə xəbər yaymışdır.
Kia Motors Slovakia
Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır. Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir: Kia cee’d (beş qapılı) dekabr 2006-cı ildən Kia Sportage iyun 2007-ci ildən Kia cee’d_sw (universal) iyul 2007-ci ildən Kia pro_cee’d (üç qapılı) oktyabr 2007-ci ildən Hyundai ix35 (beş qapılı universal) yanvar 2010-cu ildənZavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır.
Çonbuk Hyonde Motors FK
Çonbuk Hyonde Motors FK — Cənubi Koreyanın futbol klubu.