Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsüslü
Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Toponimikası == Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hal-hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs-sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı-ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.
Müsüslü Dəmiryol Stansiyası
Müsüslü Dəmiryol Stansiyası — Ucar rayonunda dəmiryol stansiyası. == Tarixi == Müsüslü stansiyası Ucar rayonunun eyniadli inzibati ərazi vahidində dəmiryolu stansiyasıdır. Stansiya Müsüslü kəndinin yanında yerləşdiyinə görə belə adlandırılmışdır. Dəmiryolu stansiyasının yaxılığında qəsəbə də vardır.
Müsüslü Hərbi Dəstəsi
Bakı Xalq Komissarları Sovetinin AXC-ni aradan qaldırmaq üçün Gəncə istiqamətində hərəkət edən bolşevik-daşnak dəstələrindən ibarət I Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı 1918-ci ilin iyununda Müsüslü stansiyası yaxınlığındakı mövqe tutmuş milli hərbi hissə və bölmələr. == Təşkili == Onların əsasını Müsəlman Korpusu tərkibində yaradılmış Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bolşevik-daşnak qüvvələrinin Gəncəyə doğru hücumu güclənərkən Qafqaz İslam Ordusunun qərərgah rəisi Nazim bəy 1918-ci ilin iyunun 14-də Müsüslü ətrafına gələrək buradakı milli hissə və bölmələrə ümumi rəhbərliyi öz üzərinə götürdü. 1918-ci ilin iyunun 27-də Nazim bəy Gəncəyə çağırıldı. Müsüslü ətrafındakı hərbi hissə və bölmələr isə vahid komandanlıq altında birləşdirildi və ona Müsüslü dəstəsi (müfrəzəsi) adı verildi. Qafqaz İslam Ordusu komandanının əmri ilə polkovnik-leytenant Həbib bəy Səlimov bu dəstəyə komandan təyin edildi. Dəstənin tərkibinə bu Azərbaycan hissə və bölmələri daxil idi: I Tatatr süvari alayının I və II bölükləri, II Süvari alayının II bölüyü, Qarayazı süvari-piyada bölüyü, Pulemyot bölüyü, Zirehli qatar, Səhra artilleriya batareyası, Teleqraf taqımı, Göyçay əsgər bölüyü. == Döyüş yolu == Müsüslü dəstəsinə qarşı I Qafqaz qırmızı bolşevik-daşnak korpusunun I briqadası və təlimatçılar məktəbinin şəxsi heyətindən ibarət dəstə yaradılmışdı. Bolşeviklərin də zirehli qatarı var idi. 1918-ci ilin, iyulun 2-də Lazar Biçeraxovun dəstəsi də Müsüslü dəstəsinin qarşısında yerləşdirildi və cəbhə komandanlığı ona həvalə olundu.