Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Növbələnmə
Növbələnmə (ing. interlacing ~ ru. чередование ~ tr.örgülü tarama) – rastr darama displeyində istifadə olunan texnologiya; burada elektron şüası elektron görüntüsünün bütün tək sətirlərini bir keçiddə, bütün cüt sətirləri isə növbəti keçiddə təzələyir. Növbələnmə ekranın fosfor örtüyünün görüntünü qısa zaman müddətində “saxlamaq” xassəsinə, eləcə də insan gözünün işığın parlaqlığındakı sezilməyən fərqlərin ortalanması və ya qatışdırılması bacarığına əsaslanır. Növbələnmədə təkcə ekranda əks etdirilən sətirlərin sayı iki dəfə azalmır, həm də zaman vahidində ekrana verilən (çıxarılan) informasiyanın həcmi iki dəfə azalır. Yəni, əgər ekranın şaquli açılış tezliyi 60 Hs isə, onda ekranın hər bir ayrıca sətri yalnız saniyədə 30 dəfə yenilənir, ancaq, bununla belə, yenilənmə tempinin bir saniyədə 60 dövrə ekvivalentliyi təmin edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstan telefon nömrələmə planı
Qazaxıstan telefon nömrələmə planı — Qazaxıstandakı ümumi telefon şəbəkəsinin müxtəlif istifadəçilərinə ayrılmış telefon nömrələri, xüsusi nömrələr və telefon danışıqları üçün digər yığım xüsusiyyətləri. Verilən bir telefon şəbəkəsinin istifadəçilərinin bütün beynəlxalq nömrələri ortaq bir başlanğıc +7 - prefiks və ya ölkə yığma kodu adlanır. == Nömrələmə prinsipi == Qazaxıstanda beynəlxalq kod +7 ilə dörd səviyyəli açıq nömrələmə planı Rusiya ilə birlikdə istifadə olunur. +7 6XX və +7 7XX (X = 0-dan 9-a) aralıkları Qazaxıstana verilir. Abunəçilərin mobil nömrələri (yəni +7 prefiksi olmadan) mobil operator kodu (3 rəqəm) və abunəçi nömrəsini (7 rəqəm) əhatə edən 10 rəqəmdən ibarətdir. Müvafiq olaraq üç, dörd və beş sahə kodu olan beş, altı və yeddi rəqəmli şəhərlərarası telefon nömrələri mövcuddur. Qazaxıstan qapalı nömrələmə planından istifadə edir, yəni +7 və ya 8 prefiksini və çağrılan abunənin tam nömrəsini yığmalısınız və 8 kodu yalnız ölkə daxilində istifadə edilə bilər. == Fövqəladə Hallar üzrə xidmətlər == 101 yanğınsöndürmə xidməti 102 polis 103 təcili yardım 104 təcili qaz xidməti 105 dəmir yolunun istinad və məlumat portalı Suyun, elektrik enerjisinin və s. Kəsilmələri üçün 109 dispetçer xidməti (Almatı) 112 xilasetmə xidməti 118 pulsuz məlumat xidməti 123 Ödənişli sorğu xidməti 150 Uşaq və gənclər üçün milli yardım xətti (Bütün operatorlardan pulsuz) 160 istehlakçı dəstək mərkəzi Kazakhtelecom 165 mərkəzləşdirilmiş təmir bürosu Kazaktelekom 169 Pulsuz məlumat xidməti 188 Pullu sorğu xidməti 191 Əlaqə Mərkəzi Transtelecom 195 Kazaktelekomun şəxsi hesabının qalığı barədə məlumat almaq (Karaqanda şəhəri istisna olmaqla) 196 Kazaktelekomun şəxsi hesabının qalığına dair məlumatların alınması (Karaqanda şəhəri üçün)Qeyd: müxtəlif xidmətlər üçün qısa nömrələr 3, 4 və ya 5 rəqəm ola bilər və həmişə bir rəqəmlə başlayır. === Şəhərlərarası operatorlar === == Coğrafi Telefon Kodları == Sahə kodu üç rəqəmdən ibarətdir.