Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nüvəcik
Nüvəcik - nüvə daxilində yerləşən, öz membran örtüyünə malik olmayan, ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcik. İşıq və elektron mikroskop altında yaxşı görünür. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi: zülallar, RNT, Risobomlar, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəciyin membranı yoxdur, nüvə şirəsi ilə həmişə təmasda olur. Hüceyrənin bölünmə ərəfəsində nüvəcik parçalanır, bölünmənin son mərhələsində yenə bərpa oluur. Ona görə nüvəcik yalnız bölünməyən hüceyrələrdə görünür. Nüvəcikdə risobom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Nüvədi
Nüvədi (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Nüvədi (Meğri) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi (Kövsər) Nüvədi (Şəbüstər) — Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Zivəcik (Salmas)
Zivəcik (fars. زيوه جيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,245 nəfər yaşayır (226 ailə).
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. == Ümumi məlumat == Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. == Giriş == === Tarix === Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.
Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Etimologiyası == "Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. == Coğrafiyası == Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin] == Tarixi == Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi - ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831—1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838—39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Nüvədi (Kövsər)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (49 ailə).
Nüvədi (Lerik)
Nüvədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 211 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nüvə (yeni) və di (kənd) sözlərindən ibarət olub, “yeni kənd, təzə kənd” mənasındadır. == Həmçinin bax == Nücü Orand Mistan == Coğrafiyası == Kənd Nüvədi sovetliyinin mərkəzidir. Rayon mərkəzindən 13 km şimal-şərqdə, dağ ətəyində yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı əkinçilikdir.
Nüvədi (Meğri)
Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd. == Tarixi == Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur. 25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir. Müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multukultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər.
Nüvədi (Xalxal)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (51 ailə).
Nüvədi (Şəbüstər)
Nüvədi (fars. نوجه ده‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 859 nəfər yaşayır (310 ailə).
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12-13 qr/sm3-dir. Temperaturu 4000-5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. == Yer kürəsinin temperaturu == Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Yuxarı Nüvədi
Yuxarı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Nüvədi kəndi Lənkəran rayonunun Səpnəkəran kəndinin inzibati ərazi vahidinə daxildir. Xəzər dənizi sahilində, Lənkəran ovalığındadır. "Nüvədi" talış dilində Nüyə di-"Yeni kənd", "Təzə kənd" mənasını verir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir.
Atmosferdə kondensasiya nüvəsi
== Kondensasiya == Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. == Atmosferdə kondensasiya nüvəsi == Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4-8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10-7-2•10-5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.
Aşağı Nüvədi bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Nüvədi-Qarqadaşı kitabələri
Nüvədi-Qarqadaşı petroqlifləri — Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, стр.623-626; Ə.Ələkbərli.
Nüvədi-Qarqadaşı petroqlifləri
Nüvədi-Qarqadaşı petroqlifləri — Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, стр.623-626; Ə.Ələkbərli.
Yuxarı Nüvədi bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əməliyyat sisteminin nüvəsi
Əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməlıyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. == Nüvə arxitekturaları == Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvəMonolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Top nüvəsi qaçışı (film, 1981)
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. == Məzmun == Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2 (film, 1984)
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. == Məzmun == Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... == Rollarda == == Mükafatlar == 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı == Həmçinin bax == Top nüvəsi qaçışı Sürət zonası == Xarici keçidlər == Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.