Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məğlubedilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Nərman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. == Həyatı == Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır.Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.Azərbaycanın müxtəlif özəl universitetlərinin jurnalistika fakültələrində müəllim kimi çalışaraq tələbələrin jurnalist kimi yetişməsində, habelə işlədiyi “Respublika” qəzetində gənc jurnalistlərin ixtisaslarına daha mükəmməl yiyələnməsində N.Cavadovun əməyi az deyildir. Təcrübəli jurnalist KİVDF-nin keçirdiyi fərdi jurnalist müsabiqələrinin fəal iştirakçısıdır.
Nərman Rəsulov
Nərman Fəzaim oğlu Rəsulov (23 oktyabr 1993; Aşağı Bucaq, Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nərman Rəsulov 23 oktyabr 1993-cü ildə Yevlax rayonunun Aşağı Bucaq kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2010-cu ildə bitirən Nərman 2011-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra 2013-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi kimi işə başlamışdır. 2016-cı ilə qədər həmin vəzifədə çalışmışdır. == Hərbi xidməti == Nərman Rəsulov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Nərman Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nərman Rəsulov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yenilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. == Mövzu ilə bağlı fikirlərin yaranması tarixi == Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir.1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.2007-ci ildə yerli Luiziana televiziyası səmanın üzərində izlər və bariumun həddindən artıq yüksək konsentrasiyasını - milyonda 6,8 hissə olduğunu bildirir. Sonradan sözlər geri götürülməli oldu (konsentrasiya min dəfə az) - buna baxmayaraq, geniş ictimaiyyət arasında bu nəzəriyyənin yayılmasına kömək edən məhz bu hadisə oldu.
Şri Mataci Nirmala Devi
Şri Mataci Nirmala Devi (21 mart 1923, Çxindvara[d], Britaniya Hindistanı – 23 fevral 2011, Genuya) — Sahaca-Yoqa nın yaradıcısı. == Həyatı == Şri Mataci Nirmala Devi 21 mart 1923-cü ildə Hindistanın Maharaştra şəhərində xristian ailəsində anadan olub. Atası və anası Prasad və Cornelia Salve, Şalivahana Kral Sülaləsi nəslindən idi. Bu son dərəcə parlaq uşağın gözəlliyini görüb ona "Təmiz, qüsursuz" mənasını verən Nirmala adını verdilər. Daha sonra Şri Mataji Nirmala Devi kimi çoxluq arasında tanınmağa başladı; yəni doğulduğu gündən aydınlaşan və çox gənc yaşlarında bütün bəşəriyyət üçün mümkün olması lazım olan misilsiz bir qabiliyyətə sahib olduğunu anlayan əziz Anne. Ailəsi İngiltərənin hakimiyyəti altında Hindistanın Müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynadı. Mahatma Qandinin yaxın dostu olan atası Hindistanın Seçki Cəmiyyətinin üzvü idi. Məşhur bir alim idi, 14 dildə danışırdı və Quranı marati dilinə ilk çevirən idi. Anası Hindistanda Riyaziyyat üzrə Fəxri qazanan ilk qadın idi.
Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur. "Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi. "2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Amfitrita (nereida)
Amfitrita (yun. Ἀμφιτρίτη) — yunan mifologiyasında personaj, Psevdo-Apollodora görə okeanida, Okean və Tefidanın qızı. Hesioda görə nereida, Poseydonun arvadı, Triton, Rodos və Bentesikimin anası.Əfsanəyə görə Poseydonun onu özünə arvad etmək arzusunu eşidərək dərhal Atlantın yanına qaçır, lakin sonradan Poseydonun göndərmiş olduğu delfinin təkidi ilə geri qayıtmağa məcbur olmuşdur. İncəsənət əsərlərində okeanida Amfitrita bir ilahə və okeanın çariçası kimi, dəniz atları və tritonlar qoşulmuş arabada, dəniz tanrısı Poseydonun yanında təsvir edilir. Teseyə qızıl çələngi məhz Amfitrita bağışlamşdır.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Dinamena (nereida)
Dinamena (yun. Δυναμένη) — yunan mifologiyasında Nerey və Doridanın qızı.
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Fetida (nereida)
Fetida (yun. Θέτις, lat. Thetis) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı, Fassaliy əfsanəsinə görə kentavr Xironun qızı. Bədəninin aşağı hissəsi balıq kimi pulla örtülmüşdür.
Nereida (peyk)
Nereida — Neptunun üçüncü ən böyük peykidir. O yüksək ekssentrikli orbitə malikdir. Bu peyk 1949-cu ildə Cerard Koyper tərəfindən kəşf edilmiş Neptunun ikinci peyki idi. == Kəşf və adlandırma == Nereida Cerard Koyper tərəfindən 1 may 1949-cu ildə Makdonald Rəsədxanasında 82 düymlük teleskopla çəkilmiş foto lövhələrdə kəşf edilmişdir. O, öz kəşfinin hesabatında peykə ad təklif etmişdir.Peyk Yunan mifalogiyasında dəniz nimfalarının və Neptun allahının növbətçilərinin adını daşıyır. O Voyacer 2 zondunun gəlişindən əvvəl kəşf edilmiş Neptunun ikinci və sonuncu peyk idi. == Orbit və rotasiya == Nereida Neptunun orbitində planetin hərəkət istiqamətində ondan 5,513,400 km (orta məsafə) məsafədə dövr edir. Peyk yüksək ekssentrisitetə (0.7507) malik olduğundan onun planetə maksimum yaxınlaşması 1,372,000 km və maksimum uzaqlaşması 9,655,000 km-dir. Qeyri-adi orbitə malik olması onu göstərir ki, peyk Neptun tərəfindən cəzb olunaraq tutulmuş bir asteroid, Koyper qurşağına aid bir obyekt və ya Neptunun ən böyük daxili peyki olan Tritonun təsiri ilə orbitini dəyişmiş neptunun daxili peyklərindən biri ola bilər. 1991-ci ildə Nereida fırlanma dövrünün təxminən 13.6 saat olduğu təyin edilmişdir.
Panopa (nereida)
Panopa (yun. ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Ponte Serrada
Ponte Serrada (port. Ponte Serrada) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10561 nəfərdir. Ərazisi 570 кm²-dir. Əhalinin sıxlığı 20,7 nəfər/кm²-dir. Bələdiyyə 14 iyun 1958-ci ildə yaradılmışdır. Bələdiyyə ad gününü 7 iyulda qeyd edir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Pronoya (nereida)
Pronoya (yun. Προνόη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Psamafaya (nereida)
Psamafaya — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalateya (nereida)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Quercus germana
Quercus germana (lat. Quercus germana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Henderson (Nevada)
Henderson - ABŞ-nın Nevada ştatında şəhər.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. == İlk super-drednout == Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Pablo Neruda
Pablo Neruda (isp. Pablo Neruda — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, isp. Ricardo Eliécer Neftalí Reyes Basoalto; 12 iyul 1904[…] – 23 sentyabr 1973[…], Santyaqo, Çili) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971). == Həyatı == Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi. Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi.
Simon Qerada
Simon Qerada (20 mart 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Simon Qerada Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Tule (Nevada)
Tule - Nevadanın cənubunda yerləşən səhra. Mormon və Klover dağları ilə əhatələnmişdir. Maksimal hündürlük 1300 metrdir.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Pirates of the Caribbean: Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur. "Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi. "2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.