Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ali Aaltonen
Aleksi "Ali" Aaltonen (2 avqust 1884, Yyamsa[d], Mərkəzi Finlandiya – avqust 1918, Lahti[d])- Fin jurnalist və 1917-ci ilin noyabrından 1918-ci il yanvar ayının sonuna qədər Finlandiya Qırmızı Qaravullarının birinci ordu komandiri olmuş keçmiş Rusiya İmperator Ordusu leytenantı. O, Finlandiya vətəndaş müharibəsindən sonra, 1918-ci ilin mayında edam edilmişdir. == Həyatı == === Erkən illər === Aaltonen Yyamsada kasıb torpaq işçisi ailəsində dünyaya gəlmişdir. 1897-ci ildə Aaltonen Yivyaskilyada ibtidai sinif müəlliməsinin hesabına orta məktəbə daxil olmuşdur. Aaltonen 1903-cü ildə orta təhsilini yarımçıq qoymuş və Rusiya Ordusuna yazılmışdır. 1904-05-ci illərdə o, rus-yapon müharibəsində leytenant olaraq xidmət etmiş və daha sonra 1905-ci il Rusiya inqilabının sosialist qrupları ilə birləşmişdi. İnqilab uğursuz olduqda Aaltonen Moskvada həbs edildi və hərbidən sürgün olundu. Sərbəst buraxıldıqdan sonra Aaltonen Finlandiyaya qayıtdı və Turku, Viborq və Kotkadakı işçi mətbuatında işləməyə başladı. Qəzet məqalələrinə əlavə olaraq, o, şeirlər və qısa hekayələr yazdı ancaq onlar heç vaxt kitab halında nəşr olunmadı. Çox nadir hallarda Aaltonen Ali Baba təxəllüsü ilə yazırdı.
Vyaynyo Aaltonen
Vyaynyo Valdemar Aaltonen (ing. Wäinö Valdemar Aaltonen; 8 mart 1894[…], Karinaynen[d], Finlandiya knyazlığı və ya Marttila[d], Finlandiya knyazlığı – 30 may 1966[…], Helsinki) — Finlandiya heykəltaraşı. == Həyat və yaradıcılığı == Vyaynyo Valdemar Aaltonen 8 mart 1984-cü ildə Finlandiyanın Marttila bələdiyyəsi ərazisində anadan olmuşdur. O, psixoloji portretlərin ("Y. Sibelnus", mərmər, 1935), heykəllərin ("İdmançı P. Nurmi", tunc, 1924–1925), monumental və dekorativ heykəltaraşlıq əsərlərinin ("Yazıçı A. Kivi", tunc, 1932–1934, "Dostluq", tunc, 1952) müəllifidir. Aaltonenin "Sülh" momumenti (qranit, 1950–1952) Qızıl Sülh müdalına layiq görülmüşdür (1953). O, 1958-ci ildən SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur. Yaradıcılığında humanizm, obrazların psixologiyası, plastik formalar güclüdür. Vyaynyo Aaltonen 30 may 1966 Finlandiyanın paytaxtı Helsinki şəhərində vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Wäinö Aaltonen Museum of Art in Turku Art Signature Dictionary, genuine signature by the artist Wäinö Aaltonen Here are 11 examples of Wäinö Aaltonen's signature and monogram, six dated from 1925 to 1940.