Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Neighbourhood
The Neighbourhood (bəzən "THE NBHD" kimi göstərilir) — 2011-ci ildə Nyuböri Park, Kaliforniyada qurulmuş amerikan rok qrupu. Qrup müğənni Cessi Ruterford, gitaraçılar Ceremi Fridman və Zak Abels, basçı Mayki Marqotdan ibarətdir. Qrupun 2014-cü ildən təbilçisi olan Brendon Frid 2022-ci ildə qrupdan ayrıldı. Qrup I'm Sorry… və Thank You mini-albomlarını buraxdıqdan sonra 2013-cü ildə Columbia Records vasitəsilə ilk studiya albomu I Love You.-nu yayımladı. Albomun "Sweater Weather" mahnısı 2013-cü ildə Billboard Hot 100 sıralamasında 14-cü pilləyə yüksəldi, mahnı uzun müddət sonra TikTok-da populyarlıq əldə etdi və Spotify-da ən çox dinlənən mahnılardan birinə çevrildi.Elə həmin il qrup The Love Collection adlı mini-albom; və 2014-cü ilin noyabrında #000000 & #FFFFFF adlı miksteyp yayımladı. İkinci albom, Wiped Out! 30 oktyabr 2015-ci ildə buraxıldı. Öz adlarını daşıyan üçüncü studiya albomu The Neighbourhood 9 mart 2018-ci ildə işıq üzü gördü və həmin albomun əlavə treklərinin olduğu versiyası Hard to Imagine The Neighbourhood Ever Changing 2 noyabr 2018-ci ildə buraxıldı. Dördüncü albom Chip Chrome & the Mono-Tones 25 sentyabr 2020-ci ildə yayımlandı. Qrup fəaliyyətinə 22 fevral 2022-ci ildə fasilə verdi.Qrupun solisti Cessi Ruterford 2016-cı ildə SoundCloud üzərindən digər layihəsi olan The Factoury ilə bir neçə mahnı yayımladı, həmçinin o, solo karyerasına davam etdi və 2023-cü ilin martında Atlantic ilə müqavilə bağladı.
The Neighbourhood (albom)
The Neighbourhood — amerikan alternativ rok qrupu The Neighbourhood-un üçüncü studiya albomu. 9 mart 2018-ci ildə Columbia Records tərəfindən buraxılıb. Albomun başqa bir versiyası "Hard to Imagine the Neighbourhood Ever Changing" 2 noyabr 2018-ci ildə buraxılıb. Albomun bu versiyasına "Revenge" və "Too Serious" trekləri daxil edilməyib.