Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Nikolai Albov
Nikolay Mixayloviç Albov (rus. Николай Михайлович Альбов; 3 (15) oktyabr 1866 və ya 1866, Pavlovo[d], Nijeqorod quberniyası[d] – 24 noyabr (6 dekabr) 1897 və ya 1897, La Plata) — Rusiya botaniki və coğrafiyaşünası. İlk olaraq Qafqazın kəşfiyyatçısı kimi iz qoymuş, İsveçrə Botanik Cəmiyyəti tərəfindən maliyyələşdirilən bir sıra geniş səfərlər etmidi. 1895-ci ildə Argentinaya köçdükdən sonra Cənubi Amerikanın cənub bölgələrinə səfər etmişdir. O, Pataqoniya və Tierra del Fueqo üzərində geniş səyahət etmiş və (rus və fransız dillərində yazaraq), onun florasını təsvir edən ilk Avropa tədqiqatçısı kimi tanınır. O, 155 bitki nümunəsinin adını dərc etdirmişdi.
Nikolai Przhevalsky
Nikolay Mixayloviç Prjevalski (rus. Никола́й Миха́йлович Пржева́льский; 31 mart (12 aprel) 1839 – 20 oktyabr (1 noyabr) 1888, Prjevalsk, Rusiya Türkistanı general-qubernatorluğu) — rus səyyahı, coğrafiyaşünas və təbiətşünas. Orta Asiyaya bir neçə ekspedisiya etmiş, bu müddət ərzində Monqolustan, Çin və Tibet ərazilərini araşdırmışdır. 1886-cı ildən general mayor. Vəkil Vladimir və riyaziyyatçı Yevgeni Prjevalskilərin qardaşı. Nikolay Mixayloviç Prjevalski Mərkəzi Asiyanın daxili hissələrini tədqiq edən ilk avropalı rus səyyahıdır. Hərbi Akademiyanı bitirdikdən sonra Varşava yunker məktəbində coğrafiya və tarixdən dərs demişdir. Boş vaxtlarını təbiət elmlərinə sərf edən Prjevalskinin səyahətləri rus xoğrafiya elminə dünya şöhrəti qazandırmışdır. Ömrünün on səkkiz ilini o, Mərkəzi Asiyanın tədqiq olunmasına sərf edib. Səyahəti dövründə Prjevalski 32 min km yolu arxada qoymuşdur.
Tomislav Nikoliç
Tomislav Nikoliç (serb. Томислав Николић; 15 fevral 1952) Serb siyasətçisidir. O, 2012-ci il may ayının 31-dən 2017-ci ilə qədər Serbiya prezidenti olmuşdur. O, siyasətə Xalq Radikal Partiyasının vitse-prezidenti kimi daxil olmuşdur. O, 1998-1999-cu illər arasında Serbiya Baş nazirinin müavini vəzifəsində işləmişdir. 2004-cü il iyun ayının 13-də Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda o, 30,61 faiz səs əldə edərək qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş olan seçkilərin ikinci turunda isə Boris Tadiçə qarşı mübarizə aparmışdır. O, bu mərhələdə 46,03 səs əldə edə bilsə də, lakin rəqibi olan Boris Tadiç 53,97 səs yığaraq onu məğlubiyyətə düçar edə bilmişdir. O, 2008-ci il yanvar ayının 20-də keçirilmiş olan Serbiya prezident seçkilərinin birinci turunda səslərin 39 faizini yığaraq qalib gəlmişdir. Seçkilərdə 50 faizdən çox səs yığan namizəd olmadığı üçün o, fevral ayının 3-də keçirilmiş olan seçkilərin ikinci turunda Serbiyanın o dövrdəki prezidenti Boris Tadiçlə yenidən yarışmışdır.
Milica Nikoliç
Milica Nikoliç (7 noyabr 1994, Belqrad) — Serbiyanı təmsil edən cüdoçu. == Karyerası == 2018-ci ildə İsrailin Təl-Əviv şəhərində Avropa Çempionatında bürünc medala sahib olub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı doqquzuncu pillədə başa vurub. 2024-cü ildə Serbiyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində İspaniya nümayəndəsi Laura Martineza məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Yutaka İkeuçi
Yutaka İkeuçi (d. 25 avqust 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Nikel asetat
Nikel(II)asetat — Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} Nikel asetat qızdırdıqda hidroliz prosesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Nikel əsaslı ərintilər
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür. Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Nikel əsaslı ərintilər Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.
Nikel (II) nitrat
Nikel (II) nitrat — kimyəvi formulu Ni(NO3)2 olan qeyri-üzvi birləşmədir, nikel və nitrat turşusunun duzudur. Kristallhidratlar əmələ qətirir. Nikel (II) nitrat suda, asetonitrildə və dimetilsulfoksiddə yaxşı həll olan açıq — yaşıl kristallar əmələ gətirir. Ni(NO3)2•nH2O tərkibli kristalhidratlar əmələ gətirir, burada n = 2, 4, 6 və 9-dur. Ən sabit kristalhidrat Ni(NO3)2•6 H2O, [Ni(H2O)6](NO3)2 quruluşuna malikdir – və bu kristalhidratdakı nikel ionu altı su molekulu ilə əhatə olunur və nitrat ionları ilə birbaşa kimyəvi rabitəsi yoxdur. 1. Nikel və ya nikel(II) oksidin durulaşdırılmış azot turşusunda həll edilməsi nəticəsində almaq olar: 3 Ni + 8 HNO 3 ⟶ 3 Ni ( NO 3 ) 2 + 2 NO ↑ + 4 H 2 O , {\displaystyle {\ce {3Ni + 8HNO3 -> 3Ni(NO3)2 + 2NO ^ + 4H2O,}}} NiO + 2 HNO 3 ⟶ Ni ( NO 3 ) 2 + H 2 O {\displaystyle {\ce {NiO + 2HNO3 -> Ni(NO3)2 + H2O}}} 2. Nikel (II) xloridin isti nitrat turşusunda həll edilməsi nəticəsində: 3 NiCl 2 + 8 HNO 3 → 100 o C 3 Ni ( NO 3 ) 2 + 3 Cl 2 ↑ + 2 NO ↑ + 4 H 2 O ⋅ {\displaystyle {\ce {3NiCl2 + 8HNO3 ->[100^oC] 3Ni(NO3)2 + 3Cl2 ^ + 2NO ^ + 4H2O.}}} 1. Susuz duz qızdırıldıqda parçalanır: 2 Ni ( NO 3 ) 2 → 500 o C 2 NiO + 4 NO 2 + O 2 , {\displaystyle {\ce {2Ni(NO3)2 ->[500^oC] 2NiO + 4NO2 + O2,}}} Ni ( NO 3 ) 2 → 150 o C , v a c u u m Ni ( NO 2 ) 2 + O 2 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 ->[150^oC, vacuum] Ni(NO2)2 + O2.}}} 2. Qələvi metal hidroksidləri ilə reaksiyaya daxil olur və nəticədə zümrüd – yaşılı rənqdə nikel(II) hidroksid alınır: Ni ( NO 3 ) 2 + 2 NaOH ⟶ Ni ( OH ) 2 ↓ + 2 NaNO 3 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 2NaOH -> Ni(OH)2 v + 2NaNO3.}}} 3. Əks halda, reaksiya ammonyakın sulu məhlulları ilə gedir, durulaşdırılmış məhlul ilə əsası nikel nitrat alınır: Ni ( NO 3 ) 2 + NH 3 ⋅ H 2 O ⟶ Ni ( NO 3 ) ( OH ) ↓ + 2 NH 4 NO 3 , {\displaystyle {\ce {Ni(NO3)2 + NH3.H2O -> Ni(NO3)(OH) v + 2NH4NO3,}}} və qatı amonyak məhlulu ilə: Ni ( NO 3 ) 2 + 6 ( NH 3 ⋅ H 2 O ) ⟶ [ Ni ( NH 3 ) 6 ] ( NO 3 ) 2 + 6 H 2 O ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 6(NH3.H2O)-> [Ni(NH3)6](NO3)2 + 6H2O.}}} 4. Güclü oksidləşdirici maddələrlə reaksiyaya daxil olduqda, zəif reduksiyaedicidir: 2 Ni ( NO 3 ) 2 + Cl 2 + 6 NaOH ⟶ 2 NiO ( OH ) ↓ + 2 NaCl + 4 NaNO 3 + 2 H 2 O ⋅ {\displaystyle {\ce {2Ni(NO3)2 + Cl2 + 6NaOH -> 2NiO(OH) v + 2NaCl + 4NaNO3 + 2H2O.}}} Bütün nitratlar kimi, oksidləşdirici maddədir və üzvi maddələrlə yanan qarışıqlar əmələ gətirir. Maddənin tozu gözləri və selikli qişanı qıcıqlandırır və allergik reaksiyalara səbəb ola bilər. Daxilə düşsə ÖD 50 siçovullar üçün 1620 mq/kq. Suda yaşayan orqanizmlər üçün zəhərlidir. Kanserogendir.
Anemone nemorosa var. nielii
Anemonoides nemorosa (lat. Anemonoides nemorosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemanthus nemorosus (L.) Fourr. Anemonanthea nemorosa (L.) Gray Anemone nemorosa L. Anemone nemorosa subsp. typica Korsh.