mis-nikelli

mis-nikelli
mis-nikel
mis-sink
OBASTAN VİKİ
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Mis Sərçeşmə
Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mis dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Aşio mis mədəni
Aşio mis mədəni (足尾銅山, Aşio Dozan) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində (keçmişdə Aşio qəsəbəsində) yerləşən fəaliyyətsiz mis mədəni. Mədən 1880-ci illərdə Yaponiyada baş verən ilk ətraf mühit çirklənməsinə səbəb olmasına, eləcə də, 1907-ci ildə mədənçilərin iştirakı baş vermiş qiyama görə tanınır. İkinci dünya müharibəsi illərində mədəndə işləməyə məcbur edilmiş bir çox müharibə əsiri ölmüşdür. Mədən 1973-cü ildə fəaliyyətini dayandırmışdır və hazırda burada muzey, eləcə də, attraksion fəaliyyət göstərir. 2008-ci ildə Aşio mis mədəni milli tarixi yer elan olunmuşdur. == Tarixi == Aşio mis mədəni 1550-ci ildə kəşf edilmiş, 1610-cu ildə Tokuqava hökuməti tərəfindən birbaşa idarə olunmağa başlamışdır. Mədəndən illik 1500 ton mis çıxarılırdı. Nikko Toşoqu məbədinin və Edoda yerləşən Zoco məbədinin tikintisində, eləcə də, Kaney Tsuho sikkələrinin hazırlanmasında Aşio mədənindən çıxarılmış misdən istifadə olunmuşdur. Mədəndə mis istehsalı azaldıqdan sonra Aşionun 44 mədənçisi hökumətdən mədəndə sikkə kəsmək üçün icazə istəmişdir. 1741-ci ildə Aşiko sikkəxanası ilk 6 ay ərzində minlərlə, növbəti beş ildə isə 20 milyondan çox Kaney Tsuho sikkəsi kəsmişdir.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Mis (II)oksid
Mis (II) oksidi (mis oksidi) CuO – iki valentli mis oksididir. Qara kristaldır, normal şəraitdə olduqca sabitdir, suda həll olunmur. Təbiətdə tenorit (melakonit) mineralı kimi mövcuddur. Mis (II) oksidi havada metalik misi qızdırmaqla (1100 ° C-dən aşağı olan temperaturda) almaq olar: 2Cu + O2 = 2СuО Mis (II) hidroksidi, onun nitrat və ya karbonatını qızdırmaqla mis (II) oksidi almaq olar: 2Cu(NO3)2 → 2CuO + 4NO2 + O2 CuCO3 → CuO + CO2 Cu(OH)2 → CuO + H2O Malaxiti qızdırmaqla CuO alınır: Cu2CO3(OH)2 →2CuO + CO2 + H2O Mis (II) oksid turşularla reaksiyaya qirərək mis (II) duzları və su əmələ qətirir: CuO + 2HNO3 → Cu(NO3)2 + H2O CuO qələvilərlə qarşılıqlı əritməklə kupratlar alınır: CuO + 2KOH → K2CuO2 + H2O 11000C qədər qızdırılıqda mis və oksigen alınır. Mis (II) oksidə yaxın qələn mis (II) hidroksid zəif qələvidir. Qələvilərin qatı məhlulu ilə reaksiya zamanı hidrokso-kupratlar əmələ gəlir. Cu(OH)2 + 2NaOH → Na2 [Cu(OH)2] Mis (II) oksidi monoklin kristal sisteminə aiddir. CuO, yaşıl və mavi rəng vermək üçün şüşə istehsalında istifadə olunur. Bundan əlavə, mis oksid mis — yaqut şüşələrin istehsalında istifadə olunur. Mis(II) oksidi quru batareyalar hazırlamaq üçün istifadə edilə bilər.
Pirbulaq mis təzahürü
Süngün mis mədəni
Süngün mis mədəni — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Süngün kəndində yerləşir. Bu mədən Qaradağ dağlarındadır. Bu mədəndə misdən başqa molibden, qızıl, gümüş və digər mühüm elementlər yanaşı metalları ilə var.
Çaykənd mis təzahürü
Mis (I) bromid
Mis (I) bromid — formulu CuBr olan qeyri-üzvi maddədir. İkili birləşmələr sinfinə aiddir və monovalent mis və bromid turşusunun duzu hesab edilə bilər. Təmiz formada rəngsiz tetraedral mikrokristallardır. Kristal qəfəsi sfalerit tiplidir (kubik sinqoniya). İşıqda nəmli havada yavaş-yavaş oksidləşərək yaşılımtıl rəng alır. Suda, etanolda, efirdə həll olunmur. Kristalhidratlar əmələ gətirmir. Mis(I) bromidi aşağıdakı üsullardan biri ilə almaq olar. 1. Mis (II) bromidin termiki parçalanması: 2 C u B r 2 → > 500 ∘ C 2 C u B r + B r 2 ↑ {\displaystyle {\mathsf {2CuBr_{2}\ \xrightarrow {>500^{\circ }C} \ 2CuBr+Br_{2}\uparrow }}} 2 ( C u B r 2 ⋅ 4 H 2 O ) → 115 − 140 ∘ C 2 C u B r + B r 2 ↑ + 8 H 2 O {\displaystyle {\mathsf {2(CuBr_{2}\cdot 4H_{2}O)\ \xrightarrow {115-140^{\circ }C} \ 2CuBr+Br_{2}\uparrow +8H_{2}O}}} 2 C u 2 O + 2 H B r ⟶ 2 C u B r ↓ + H 2 O {\displaystyle {\mathsf {2Cu_{2}O+2HBr\ \longrightarrow \ 2CuBr\downarrow +H_{2}O}}} 2. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası: 2 C u 2 O + 2 H B r ⟶ 2 C u B r ↓ + H 2 O {\displaystyle {\mathsf {2Cu_{2}O+2HBr\ \longrightarrow \ 2CuBr\downarrow +H_{2}O}}} 2 C u S O 4 + 2 N a B r + S O 2 + 2 H 2 O ⟶ 2 C u B r ↓ + 2 H 2 S O 4 + N a 2 S O 4 {\displaystyle {\mathsf {2CuSO_{4}+2NaBr+SO_{2}+2H_{2}O\longrightarrow 2CuBr\downarrow +2H_{2}SO_{4}+Na_{2}SO_{4}}}} 3. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası: 2 C u S O 4 + 2 N a B r + S O 2 + 2 H 2 O ⟶ 2 C u B r ↓ + 2 H 2 S O 4 + N a 2 S O 4 {\displaystyle {\mathsf {2CuSO_{4}+2NaBr+SO_{2}+2H_{2}O\longrightarrow 2CuBr\downarrow +2H_{2}SO_{4}+Na_{2}SO_{4}}}} 2 C u + 4 H B r ⟶ 2 H [ C u B r 2 ] + H 2 ↑ {\displaystyle {\mathsf {2Cu+4HBr\longrightarrow 2H[CuBr_{2}]+H_{2}\uparrow }}} H [ C u B r 2 ] ⟶ C u B r + H B r {\displaystyle {\mathsf {H[CuBr_{2}]\longrightarrow CuBr+HBr}}} 4. : C u S O 4 + 4 K B r + C u ⟶ 2 K [ C u B r 2 ] + K 2 S O 4 {\displaystyle {\mathsf {CuSO_{4}+4KBr+Cu\ \longrightarrow \ 2K[CuBr_{2}]+K_{2}SO_{4}}}} K [ C u B r 2 ] ⟶ C u B r + K B r {\displaystyle {\mathsf {K[CuBr_{2}]\ \longrightarrow \ CuBr+KBr}}} Həll olunan birləşmələrin əmələ gəlməsi. 1. Mis (I) bromid isti qatı sulfat turşusunda həll olunur: 2 C u B r + 4 H 2 S O 4 ⟶ 2 C u S O 4 + B r 2 ↑ + 2 S O 2 ↑ + 4 H 2 O {\displaystyle {\mathsf {2\ CuBr+4\ H_{2}SO_{4}\longrightarrow \ 2CuSO_{4}+\ Br_{2}\uparrow +\ 2SO_{2}\uparrow +4\ H_{2}O}}} 2. Kompleks birləşmə əmələ gətirdiyi üçün bromid turşusunun, kalium bromidin, kalium siyanidin, ammonyakın qatı məhlullarında həll olunur: C u B r + M B r ⟶ M [ C u B r 2 ] , ( M = H , K ) {\displaystyle {\mathsf {CuBr+MBr\longrightarrow \ M[CuBr_{2}],\ (M=H,K)}}} C u B r + 2 K C N ⟶ K [ C u ( C N ) 2 ] + K B r {\displaystyle {\mathsf {CuBr+2KCN\longrightarrow \ K[Cu(CN)_{2}]+KBr}}} C u B r + 2 ( N H 3 ⋅ H 2 O ) ⟶ [ C u ( N H 3 ) 2 ] B r + 2 H 2 O {\displaystyle {\mathsf {CuBr+2(NH_{3}\cdot H_{2}O)\longrightarrow \ [Cu(NH_{3})_{2}]Br+2H_{2}O}}} 3. Mis (I) bromid nəmli havada işıqda yavaş-yavaş oksidləşir: 2 C u B r ⟶ C u ↓ + C u B r 2 {\displaystyle {\mathsf {2CuBr\longrightarrow Cu\downarrow +CuBr_{2}}}} C u B r + S ( C H 3 ) 2 ⟶ C u B r ⋅ S ( C H 3 ) 2 {\displaystyle {\mathsf {CuBr+S(CH_{3})_{2}\longrightarrow CuBr\cdot S(CH_{3})_{2}}}} 4. Lyuis əsasları ilə molekulyar adduktlar əmələ gətirir, məsələn, dimetil sulfidlə: C u B r + M B r ⟶ M [ C u B r 2 ] , ( M = H , K ) {\displaystyle {\mathsf {CuBr+MBr\longrightarrow \ M[CuBr_{2}],\ (M=H,K)}}} C u B r + 2 K C N ⟶ K [ C u ( C N ) 2 ] + K B r {\displaystyle {\mathsf {CuBr+2KCN\longrightarrow \ K[Cu(CN)_{2}]+KBr}}} C u B r + 2 ( N H 3 ⋅ H 2 O ) ⟶ [ C u ( N H 3 ) 2 ] B r + 2 H 2 O {\displaystyle {\mathsf {CuBr+2(NH_{3}\cdot H_{2}O)\longrightarrow \ [Cu(NH_{3})_{2}]Br+2H_{2}O}}} Mis (I) bromid kimya sənayesində üzvi sintez proseslərində istifadə olunur.
Aşio mis mədəni qiyamı
Aşio mis mədəni qiyamı (足尾暴動事件, Aşio bodo ciken) – 1907-ci ilin fevralında Yaponiyanın Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində baş vermiş iğtişaş. Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldıraraq mədən tikililərinə böyük zərər vurmuşdurlar. == Tarixi == 1906-cı ildə Naqaoka Tsuruzo və Minami Sukematsunun başçılığı altında 600 mədənçi Yaponiya Mədənçilər Birliyinin Aşio şöbəsini yaratmışdır. Onlar daha yaxşı iş şəraiti və maaşların 60% artırılmasını tələb etməyə başlamışdırlar. Mədənçilərin tələbləri qarşılanmadığı üçün 4 fevral 1907-ci ildə Aşio mis mədənində qiyam başlamışdır. Mədənçilər telefon xətlərini kəsmiş, mühafizə qüllərinə və digər şirkət binalarına hücum etmişdirlər, lakin polislər onları dayandıra bilmişdirlər. 6 fevralda mədənçilər əsas mühafizə qülləsini dinamitlə partlatmış və 130 tikilini yandırmışdırlar. Qiyam zamanı sadəcə bir nəfər – sərxoş qiyamçı ölmüşdür. Yaponiya hökuməti mədəndə hərbi vəziyyət elan etmiş və 7 fevralda qiyamı yatırmaq üçün 3 hərbi birlik göndərmişdir. 628 mədənçi saxlanılmış, 182 mədənçi qiyam başlatmaqla ittiham olunmuş və 82 mədənçiyə həbs cəzası verilmişdir.
Aşio mis mədəni çirklənməsi
Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken) – Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət. XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur. == Tarixi == 1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir. Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan Vatarase və Tone çaylarına atılmağa başlamışdır. Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur. Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır. Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur. Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur.
Bayan mis-polimetal təzahürü
Bayramlı mis-qızıl təzahürü
Diaxçay mis-porfir yatağı
Diaxçay mis-porfir yatağı- Ordubad rayonu ərazisində yerləşir.Nüsnüs kəndindən 1.5 kilometr şimal şərqdə Zəngəzur silsiləsinin cənub-qərb yamacında dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdədir. == Ümumi məlumat == Mehri-Ordubad plutonunun iki intruziv kompleksinin,qabbro-qranodiorit və monsonit-qranodiorit-porfirin təmasında yerləşir.Geoloji quruluşunda qabbro,qabbro-qranodiorit,qranodiorit,kvars-siyenit-diorit süxurları,həmçinin qranodiorit-porfir dayaqları iştirak edir. İki texnoloji filiz tipi-əsasən misli(ştokverk) və molibden (damar) məlumdur.Ştokverk tipli filizlərdə mis 0.06-2.25 faiz,molibden 0.01-0.31 faiz,damar tipli filizlərdə mis 0.01-0.85 faiz,molibden 0.01-0.27 faizdir.Əsas filiz mineralları pirit,xalkopirit,molibdenit,misin törəmə minerallarıdır.
Gədəbəy mis-mərgümüş yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Maarif mis-porfir təzahürü
Qızqala mis-polimetal təzahürü
Varlı-Həyat mis təzahürü
Xarxar mis-porfir təzahürü
Bittibulaq mis-mərgümüş yatağı
Bittibulaq mis-mərgümüş yatağı — Gədəbəy rayonunda yerləşən mis-mərgümüş yatağı == Haqqında == Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ — mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867–1914-cü illər ərzində alman firması "Siemens" tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3–12,7 ton qızıl, 120,6–126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10–18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. === Bittibulaq sahəsinin geoloji quruluşu === Bittibulaq sahəsinin yerləşdiyi Gədəbəy filiz rayonu Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir qalxımı ilə Daşkəsən çökəkliyinin təmas sahəsində yerləşmişdir. Bittibulaq sahəsinin geoloji quruluşunda iştirak edərək bazalt-andezit-dasit-riolit formasiyası geniş sahəni əhatə edir. Bu formasiya alt bayos bazalt-andezit və üst bayos dasit-riolit komplekslərinə bölünür. Dasit-riolit kompleksi yatağın mərkəzi və qərb cinahlarında geniş inkişafı ilə səciyyələnir.
Zəngəzur Mis-Molibden Kombinatı
Zəngəzur Mis-Molibden Kombinatı (erm. Զանգեզուրի պղնձամոլիբդենային կոմբինատ) — Ermənistanın ən böyük mədən şirkəti və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. ZMMK-nin fəaliyyəti SSRİ dövründə başlamışdır. 1952-ci ilin yazında zavod kütləvi istehsala start vermişdir. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957–1959-cu illərdə isə yalnız açıq mədən üsulları ilə istismar edilmişdir. Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının şimal-şərqində, Sünik mərzinin Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə və paytaxt İrəvandan təxminən 350 km məsafədə yerləşir. İllik hasilatı ildə 22,0 milyon ton filizdir. 2000-ci illərdən başlayaraq ZMMK Ermənistanda ilk ən böyük vergi ödəyicisi, Sünik mərzində ən böyük işəgötürən olmuşdur. 2023-cü ilin məlumatına görə, onun 4,500-ə yaxın işçisi var.
Lüdviq Mis Van der Roe
Ludwig Mies van der Rohe qısaca Ludwig Mies (27 mart 1886[…], Aaxen, Prussiya, Almaniya imperiyası – 17 avqust 1969[…], Çikaqo, ABŞ[…]), Alman memar və konstruktor. == Həyatı == Daş ustası olan atası ilə hörgü emalatxanalarında işləmişdir. 13 yaşında Berlinə köçdü və burada art nouveau memarı və mebel dizayneri Bruno Paul üçün işləməyə başlamışdır. 1907-ci ildə ilk dizaynını etmişdir (filosof Alois Riehl üçün Riehl Evi). 1908-ci ildə Memar Peter Behrens ilə işləməyə başlamış və burada Karl Friedrich Schinkel və Frank Lloyd Wright haqqında tədqiqatlar aparmışdır. Mies 1913-cü ildə Berlinə köçdü və Ada Bruhn ilə evlənmişdir. Berlində öz memarlıq ofisini açmışdır. Birinci Dünya müharibəsi dövründə Balkanlarda xidmət edib qayıtdıqdan sonra göydələnlər üzərində işləməyə başlamış və öz ofisində dizaynlar etmişdir. 1921-ci ildə Bruhnla evliliyinə son qoyan Mies, öz anasının evlilik öncəsi soyadını əlavə edərək adını Ludwig Mies van der Rohe olaraq dəyişdirmişdir. 1920-ci illərdə Berlin avanqard dərnəyində (Novembergruppe, Zehner Ring, G jurnalı) fəal iştirak etmiş və Hans Richter, El Lissitzky, Theo van Doesburg kimi müasir sənəti müdafiə etmişdir.