Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Numenius
Əyridimdik (lat. Numenius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Numenius (Apameyalı)
Apameyalı Numenius (yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας, m. II yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi. == Təlimi == Onun fikrincə tam olan varlığın üç əsası vardır. Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir. Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü.
Numenius arquata
Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (NT). Təhlükə həddinə yaxındır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.
Numenius minutus
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Kritik vəziyyətdədir. Xüsusi qorunma tədbirləri görülməzsə, mənfi təsirlərdən nəsli kəsilə bilər. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Numenius phaeopus
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Numenius tenuirostris
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. == Numéro Homme == Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. == Tarix == Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur."2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.