Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülvahab Yurdsevər
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. == Həyatı və təhsili == Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. . == Fəaliyyəti == === Azərbaycanda === 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Kerem Kirsever
Kerem Kirsever (19 avqust 1994) — Türkiyəli oxatan. Kerem Kirsever Türkiyəni 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Kerem Kirsever birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 174-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.