yurddaş
yurdsevərlik
OBASTAN VİKİ
Əbdülvahab Yurdsevər
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. == Həyatı və təhsili == Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. . == Fəaliyyəti == === Azərbaycanda === 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.

Digər lüğətlərdə