Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oncallı
Oncallı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oncalı adının dəyişikliyə uğramış variantı hesab edilir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Əhməd xan tərəfindən yaradılmış kəndlərdən biridir. Tədqiqatçılar oykonimi qıpçaqların əncə tayfasının adı ilə bağlayırlar. == Tarixi == Oncallı kəndinin yaşayış məskəni kimi məskunlaşma tarixi XIV əsrə aid edilir. Kəndin adı qıpçaq türklərinin incəli (orta əsr rus salnamələrində ançebiçi kimi qeyd olunub) tayfasının adı ilə bağlıdır. Bu adla İncəçay (hidronim) və İncəli kəndi (Şəki rayonu ərazisində) və Gürcüstan ərazisində İnçxevi (İncə dərəsi) kimi bir cox toponimlər mövcuddur. Saruxan şəhəri (Ukraynanın indiki Xarkov şəhəri) mərkəz olmaqla vaxtilə mövcud olmuş qıpçaq xanlığına daxil olan tayfa birliklərindən biri olmuşdur (Xarkov şəhərinin adı Saruxan adından götürülmüşdür). XII əsrdə Atrak adlı qıpçaq xanının başçılığı altında Dəryal keçidindən keçərək bu ərazidə məskunlaşdıqları məlumdur. === Tarixi abidələri === Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi bu kənddə yerləşir.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.
Oncallı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Onbaşı Zeynəb
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Yaşlı Amca
Yaşlı Amca - 2012 -ci ildə rəqəmsal qeydlərə başlayan türk rok qrupu, vokal və ritm gitarasında Artun Özoğlu, gitarda və arxa vokalda Sarper Sonbay, bas gitarada Hüseyn Tosun və barabanda Barış Kutlunun olduğu Türk rock qrupu Alternativ rock,1980-ci illərdə yeraltı və müstəqil musiqi mədəniyyətlərindən yaranan və 1990-cı illərdə geniş populyarlıq qazanan rok musiqisinin bir alt növüdür. == Karyera == Yaşlı əmi,2015- ci ildə karyerasının ilk rəsmi əsəri olan "Sabaha Kadar" adlı EP -ni yayınladı. Daha sonra 2016 -cı ildə "Giderdi Hoşuma" və "Ve Ben" adlı iki single hazırladılar. 2017 -ci ildə qrup, tək işi ilə siqnallarını verdikləri "Axşam" albomu ilə pərəstişkarları ilə görüşdü. Albomdan sonra, 2018-ci ildə "Kafam karışık" və 2019-cu ildə "Anla Hain" və "Götürün beni" adlı daha iki singl yayınlandı. 2020-ci ildə qrupun öz adını daşıyan "Qoca Əmi" və "Kal Ki Adəta" albomları çıxdı. Son olaraq 2021 -ci ildə "Hoş" mahnısını yayınladılar.
Yaşlı Lukas Kranax
Lukas Kranax (alm. Lucas Cranach der Ältere‎, Kronax, Yuxarı Frankoniya, 4 oktyabr 1472 — Veymar, 16 oktyabr 1553) —Almaniya rəssamı. == Həyatı == Böyük Lukas Kranax 1472-ci ildə doğulub. Mənzərə və qrafik portretlər ustası kimi məşhurlaşıb, dini mövzuda çoxsaylı əsərlər və kompozisiyaların müəllifidir. Onun 1553-cü ildə Veymarda öldüyü barədə informasiya var. İntibah dövrünün alman rəssamı Böyük Lukas Kranaxın əsərlərindən biri. «Uşaqlara mənim yanıma gəlməyə icazə verin» adlanır. Bu əsər Norveçdə kilsənin 1677-ci ildə açıldığı gündən orada olub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Лукас Кранах. Картины и биография О графике Кранаха на нем.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
15 yaşlı kapitan (roman)
15 yaşlı kapitan (Un capitaine de quinze ans) - Fransa yazıçısı Jül Vern tərəfindən 1878-ci ildə yazılmış uşaq romanı. Romanda afrikalı kölə ticarətindən söhbət açılır.
Qiyaslı
Qiyaslı — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəfər Qiyaslı — Ssenari müəllifi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən.Kəndlər Qiyaslı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Önyarğı
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.
125 yaşlı sənət məbədi (film, 2008)
125 yaşlı sənət məbədi qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. == Məzmun == Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
Gənclərin 50 yaşlı teatrı (film, 1979)
On yeddi yaşlı oğlan (film, 1985)
== Məzmun == Film çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edir. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Faiq Ağamalıyev, Vaxa Matiyev, V. Fyodorov Quruluşçu rejissor: Rüfət Şabanov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Leonid Vaynşteyn Səs operatoru: Kamal Seyidov === Rollarda === Səid Pitsiyev-Xanpaşa Natəvan Məmmədova-Məleykə İsfəndiyar Quliyev-Rüstəm Şahmar Ələkbərov-Salman Svetlana Seleznyova-Anya Nikolay Barmin-Hərbi həkim Sanya Soloduxin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 288.
Cəfər Qiyaslı
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). == Həyatı == Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir. == İş fəaliyyəti == Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.
Qiyaslı (Ağdam)
Qiyaslı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Qiyaslı bir oymaq kimi 1727-ci ilə aid Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı mənbədə Otuziki elinin (tayfasının) oymaqları arsında adı çəkilərək yaşadığı yerləri göstərilir. Mənbəyə görə, Otuzikilər tayfasının Qiyaslı oymağı Həsir adlı yerdə qışılayır, Kotan və Kələki adlı çayların kənarında əkinçiliklə məşğul olur, yataqları Müşkəbad kimi tanınan Qarabaldır çayının kənarında və Dərdan kəndində olan yaylaqları Mağavuz, Kuhistan yeri, Çağlı, Alagöl, Ərdaş və binək kəndi tərəfdədir. XVIII əsrin əvvəllərində Qiyaslı kəndi yox, Qiyaslı oymağı var idi və bu oymaq köçərilərdən ibarət olmaqla yanaşı, yaylaq və qışlaqlarda yaşamını keçirir, əkinlərini isə aran Qarabağda edirdilər. Digər mötəbər bir sənəd - Gürcüstan əyalətinin baş qubernatoru Yermolovun əmri ilə faktiki dövlət müşaviri Mogilyov və polkovnik Yermolov tərəfindən 1823 -cü il üçün tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" adlı sənəd Qarabağ əyalətinin vergi reyestri idi. Bu sənədə görə, Qiyaslı köçü 27 tüstüdən (yəni ailə) ibarət idi. Onlardan vergi ödəməyənlər maaf Yüzbaşı Bəylər – 1 tüstü, onun dayısı – 1 tüstü, bağban – 1 tüstü, rəncbərlər – 2 tüstü, bərbər və çavuş 2 tüstü, kasıblar 6 tüstüdən ibarət idi. Qiyaslıdan olan ailələr bir zamanlar Şuşa qalasında yaşayan və bir qoluda Şəkidə yaşayan Allahverdi ailəsinin soyundan idi. Əlimizdə olan müfəssəl xəritələrdən ən qədimi 1817-ci ildə əlahəzrət imperatorun baş qərargahının hərbi topoqrafik depoda qravirovka etdirdiyi xəritə və 1837 ci illərə aid general mayor Baron fon Xovenin tərtib etdiyi Qafqaz vilayətinin xəritəsidir.
Qiyaslı (Ağsu)
Qiyaslı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qiyaslı (Qubadlı)
Qiyaslı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qiyaslı kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.
Qiyaslı (Samux)
Qiyaslı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 495 nəfərdir. == Toponimikası == Oykonim kənddə məskun­laşmış qiyaslı nəslinin adından yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qiyaslı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qiyaslı məscidi
Qiyaslı məscidi — Ağdam rayonunun Qiyaslı kəndində yerləşən XVIII əsrə aid dini abidə. == Tarixi == Qiyaslı məscidi XVIII əsrə aid edilir. Vaxtilə məsciddə iki minarə olub. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür (№ 4052).Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra tarixi-dini abidədən inək və donuz saxlamaq üçün istifadə olunub. İşğalçılar bəyannaməyə uyğun olaraq rayonu tərk edərkən məscidi yandırıblar.
Teymur İlyaslı
İlyaslı Teymur Məmməd oğlu (10 oktyabr 1948, Borçalı mahalı) — kimya elmləri doktoru. == Həyatı == 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalınında anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakultəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik, 1992- ci ildə doktorluq dərəcəsi almışdır. Disertasiya mövzusu:”Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi” olmuşdur. == Təhsili, elmi dərəcə və elmi adları == 1966-1970,tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972-1979, aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979, k.e.n., «Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri », Kimya Problemləri İnstitutu, AMEA. 1992, k.e.d.,«Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarınınsintezinin nəzəri əsaslarının işlənməsi» «Ümumi və Qeyri-üzvi kimya» kafedrası, BDU. == Əmək fəaliyyəti == 1972 -1982, elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 1988- 1992, ETL müdiri, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1993, professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1988-2008, baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 2005, kafedra müdiri əvəzi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 350-dən çox elmi əsər 250-dən çox elmi məqalə 13 kitab 8 müəlliflik şəhadətnaməsi 5 patent 4 elmlər namizədi Hal-hazırda Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibidir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır == Tədqiqat sahəsi == Qeryi-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, çox komponentli sistemlərin tədqiqi, şüşəvari maddələrin tədqiqi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku, 2004 Beynəlxalq konfrans “Bərk çisimlər kimyası və funksional materiallar– 2008” Ekaterinburg, 21-24 oktyabr 2008 == Seçilmiş əsərləri == R.F.Abbasova, T.M.Ilyasli, F.I.Rustamli. Raman spectroscopic study of As2Se3-based glasses.
İbrahim İlyaslı
İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu; 10 mart 1963, Aslanbəyli, Qazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018) == Həyatı == İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. "Bu bahar oldu" adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı "Politexnik" qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı "Dəniz" Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Hamı bir körpüdən keçir" adlı ilk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ" nəşriyyatında çap olunub. "Mən bir söz bilirəm" adlı ikinci şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatında, "Yuxuma söykənmiş adam" adlı üçüncü şeirlər kitabı 2011-ci ildə "Avrasiya Press" nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi"ndə nəşr edilib.