Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərdugah Əvargan-i Əraqi (Sərdəşt)
Ərdugah Əvargan-i Əraqi (fars. اردوگاه اوارگان عراقي‎, İraqlı qaçqın düşərgəsi) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).
Ordubad
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. == Etimologiyası == Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Anabad (Ordubad)
Anabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyniadlı bələdiyyənin tərkibindədir. Rayonun mərkəzindən 4 km şimal-şərqdə, Ordubad-Gənzə avtomobil yolunun sağ kənarında, Gənzə çayının sol sahilindədir. Əhalisi 208 nəfər(2000); meyvəçilik və heyvandarlıqla məşğuldur.İbtidai məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Anabad kəndi Zəngəzur silsiləsinin cənub ətəyindədir. Bu sözlə bağlı Anabad yeri (Qubadlı), Anabad dərəsi (Laçın) və s. mikrotoponimlər mövcuddur. Van gölündən cənubda, Anabad məbədinin yaxınlığında Anabad adlı kənd var. Tədqiqatçılar toponimi orta fars dilindəki anapat. (adam yaşamayan, abad olmayan yer) sözü ilə bağlayırlar. Oykonim ana (əsas, böyük, baş) və bad/bat/bet (dağ yamacı, eniş, dağ ətəyi) sözlərindən düzəlib, "böyük dağ ətəyi" deməkdir.
Aza (Ordubad)
Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.
Azadkənd (Ordubad)
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır.Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Ağdağ (Ordubad)
Ağdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3497,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan eyniadlı qolunun suayırıcısında, Nürgüt kəndindən 5,2 km şərq-cənub-şərqdə zirvə. Orta Eosen yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidayabənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarının təmas zolağını mürəkkəbləşdirən Saqqarsu dərinlik qırılmasının cənub qanadında yerləşir. Zirvədə və yamaclarında çoxsaylı diorit-porfirit daykaları açılır.
Ağdərə (Ordubad)
Ağdərə — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir qəsəbə. == Tarixi == Ordubad rayonunun Parağaçay qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəngəzur silsiləsinin cənub qərb yamacındadrr. Qəsəbə 1950-ci ildə Ağdərə adlı ərazidə filizsaflaşdırma kombinatının yaradılması ilə əlaqədar salınmışdır. Ətraf yamaclar ağ rəngə calan suxurlardan ibarətdir. Adını ərazidəki eyni-adlı dərədən almışdır.
Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.. == Əhalisi == Əhalisi 313 nəfərdir.
Başkənd (Ordubad)
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Diridağ (Ordubad)
Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.
Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Tarixi == Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Gilançay (Ordubad)
Gilançay — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gilançay kəndi Parağa kənd inzibati ərazi dairəsi tərkibindən aynlaraq, bu kənd mərkəz olmaqla, Gilançay kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Rayonun mərkəzindən 31 km şimal-qərbdə, Gilançayı sol sahilində, Ordubad-Xurs avtomobil yolunun sol tərəfində yerləşir. Əhalisi bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, kulubu, tibb məntəqəsi var. Gənzə -Ordubad rayonunda kənd.Ordubad şəhər bələdiyyəsinin tərkibindədir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi və məscidi var. == Əhalisi == Əhalisi 314 nəfərdir.
Gənzə (Ordubad)
Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır.Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. == Toponimi – oykonomi == Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır. Türkoloq alim C.Cəfərov bu toponimin hunların ən qədim adından – "kun"un morfloji birləşməsi "kunçuk"dan törəmiş "Gəncək" türk tayfasının adından götürüldüyünü vurğulayır.
Meyidxana (Ordubad)
Meyidxana — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində yerləşən tarixi tikili. Bu abidə Ordubad şəhərinin şərq tərəfində yerləşən "Malik İbrahim qəbristanlığı"nın şimalında qəbristanlığı şimal tərəfdən əhatə edən dağın cənub ətəyində, dağın yamacı qazılmaqla, bəzi yerlərdə qayanın çapılması yolu ilə inşa edilmişdir. Ona görə də tikilinin giriş hissəsi istisna olmaqla qalan hissəsi torpağın altındadır. Tikilinin cənubdan giriş qapısının baş tərəfində bir kitabə qoyulmuşdur. Sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində dörd sətirdə ərəb-fars dillərində süls elementli nəsx xətt ilə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: "Allahın rəğbətini qazanmaq məqsədilə bu mübarək şərəfli məkan mərhum, cənnətməkan Hacı Ağacan Ordubadinin oğlu yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə cəmadiəl-axir ayının 2-si tarixində, 1264-cü ildə (06.05.1848-ci il) tamam oldu" . Ordubad şəhər əhalisinin söylədiyinə görə bu buna xidməti xarakter daşımış, orada meyidlər yuyulmuş və hər hansı bir səbəbdən meyidin müvəqqəti saxlanmaq zərurəti yarandıqda, orada saxlanmışdır . Məhz buna görə də daxilində daim, xüsusilə isti yay aylarında sərin hava olmasını təmin etmək məqsədilə tikilinin çox hissəsinin (arxasının, yanlarının və üstünün) torpağın altında qalması üçün abidə dağın yamacında inşa edilmişdir. == İstinadlar == == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponimikası == Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır. == Əhalisi == Əhalisi 134 nəfərdir.
Ordubad mədrəsəsi
Ordubad mədrəsəsi — Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır. Ordubad mədrəsəsi Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biridir. == Tarixi == İslamın yayıldığı ərazilərdə mədrəsə binalarının inşasına Abbasilərin hakimiyyəti dövründən başlanılmış və XII əsrdə geniş yayılmışdır. Mədrəsə kompleksləri adətən məscid binaları ilə birlikdə inşa edilir və mədrəsə məscidi əksər hallarda həm də cümə məscidi rolunu oynayırdı. Bəzi hallarda isə mədrəsələr artıq mövcud olan daha qədim cümə məscidlərinin yanında inşa edilir və kompleks yaradırdı. Bu cür komplekslərə misal kimi Gəncə və Şamaxı şəhərlərindəki cümə məscidləri ətrafında yaradılmış kompleksləri göstərmək mümkündür.Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Mənsub olduğu məscidin və özünün vəqfləri hesabına maliyyələşən mədrəsə Cümə məscidindən təхminən 100 metr şimalda yerləşir.Uzun müddət ipəkçilik idarəsi yerləşdiyindən müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini saхlamışdır. Tədqiqatçıların fikrincə bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.Mədrəsənin giriş qapısı üzərində yerləşən kitabədən bəlli olur ki, o, Səfəvi hökmdarı Şah Sultan Hüseynin (1694-1722) dövründə inşa etdirilmiş, onun tikintisi dövlət aparatında mühüm vəzifə tutan adamların başçılığı ilə həyata keçirilmişdir. Mədrəsə Ordubad şəhərinin sosial-siyasi həyatında mühüm rola malik olmuşdur. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndən aydın olur ki, 1727 ildə dəftər tərtib olunarkən mədrəsə şəhərdəki 30 dükanın hərəsindən ayda 15 ağca, Təknə hamamı gəlirinin yarısını (9 min ağca), Ordubadda olan iskələnin gəlirindən nəqd olaraq 4800 ağca vəqf olaraq alırmış.
Ordubad qayğanağı
Ordubadın Ballı Qayğanağı - Azərbaycanın milli yeməyi. == Tərkibi == Lazım olanlar: 1 kq və ya 1,5 kq ərinmiş kərə yağı, 12 ədəd ev yumurtası, 1 çay qaşığı un 1 çimdik duz == Şərbət == 3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu, 1 stəkan su sarı gül == Hazırlanması == 12 ədəd yumurta ağaranadək çalınır, üzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edilir və yeniden çalınır vam odun üstünə orta ölçüdə qazanda ərinmiş yağ dağ olunmağa qoyulur və sonra onun yarısı ayrılaraq başqa bir kiçik qazana vam odun ustunə isti qalmağı üçün qoyulur. Əsas qazanda yağ dağ olunca yumurta oxlovla qarışdırılaraq üzərinə əlavə edilir və üzərinə kiçik qazanda olan yağ az-az əlavə edilir. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Sonra onu ters üzünə çevirərək prosedur təkrar olunur. Qayğanaq bişdikdən və soyuduqdan sonra üzərinə şərbət əlavə olunur. === Qalereya === == Şərbətin hazərlanması == Dağ suyun üzərinə sarı gül əlavə olunur. Su sarı rəng aldıqdan sonra süzülür və balın və ya şəkərin üzərinə əlavə edilir və qatılaşanacan qaynadılır və soyudulur.
Ordubad qəzası
Ordubad qəzası — İrəvan quberniyasında inzibati-ərazi vahidi. == Tarixi == == İqtisadiyyatı == V.Zelinskinin verdiyi məlumatlara görə Ordubad qəzasında 1873-cü ildə 26 ipək fabriki fəaliyyət göstərirdi: Ordubadda 14, Yuxarı Əylisdə 8, Vənənddə, Nüsnüsdə və Aşağı Əylisdə 4 fabrik işlədilirdi. İpək fabriklərinin bir çoxu Kəlbəlixanovlara məxsus idi. Bu fabriklərdə 163 usta, 262 şagird, 29 fəhlə işləyirdi. Buna görə də Ordubad şəhəri əhəmiyyətli ticarət və sənətkarlıq mərkəzinə çevrilirdi. Hesabata görə Ordubad qəzasında ümumi dəyəri 40 min manat (gümüş pulla) olan 200 putdan artıq ipək hasil edilib.
Ordubad rayonu
Ordubad rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 50 min nəfərdir. Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Culfadan sonra üçüncü ən böyük şəhərdir. Ordubad bağlar diyarı, güllər, çiçəklər, bülbüllər, nəğmələr şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhəri XII əsrdən məşhurdur. == Tarixi == Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s.
Ordubad yasaqlığı
Ordubad yasaqlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yasaqlıq. == Tarixi == 1969-cu ildə təşkil olunmuşdur. Yasaqlıqda Cənubi Qafqaz və bölgə üçün nadir olan bezoar keçisi (qaya keçisi) mühafizə edilir.
Ordubad yemişanı
Ordubad şəhəri
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. == Etimologiyası == Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Orduşahi (Urmiya)
Orduşahi (fars. اردوشاهي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 451 nəfər yaşayır (111 ailə).
Ordubad (1991)
== Məzmun == Film Ordubad bölgəsinə, onun ərazisində yerləşən tarix-memarlıq abidələrinə həsr edilmişdir. == Film haqqında == Filmdə "Gün keçdi", "Arvadım mənim, uşaqlarım mənim", "Gözlə məni" və "Tənha narın nağılı" filmlərindən musiqilər səsləndirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov ????: R. Salayeva ????: Ziya Babayev (Z. Babayev kimi) Səs operatoru: Şamil Kərimov ????: A. Həsənov Montaj edən: Lidiya Vyalsova ????: S. Məmmədquluoğlu Filmin direktoru: İbrahim Səfərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.