ORDUBAD

xan yurdu, xanın yerləşdiyi yer paytaxt.
ORBƏY
ORDUXAN
OBASTAN VİKİ
Ordubad
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Gilançay (Ordubad)
Gilançay — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gilançay kəndi Parağa kənd inzibati ərazi dairəsi tərkibindən aynlaraq, bu kənd mərkəz olmaqla, Gilançay kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Rayonun mərkəzindən 31 km şimal-qərbdə, Gilançayı sol sahilində, Ordubad-Xurs avtomobil yolunun sol tərəfində yerləşir. Əhalisi bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, kulubu, tibb məntəqəsi var. Gənzə -Ordubad rayonunda kənd.Ordubad şəhər bələdiyyəsinin tərkibindədir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi və məscidi var. == Əhalisi == Əhalisi 314 nəfərdir.
Gənzə (Ordubad)
Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır. Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. == Toponimi – oykonomi == Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır.
Meyidxana (Ordubad)
Meyidxana — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində yerləşən tarixi tikili. Bu abidə Ordubad şəhərinin şərq tərəfində yerləşən "Malik İbrahim qəbiristanlığı"nın şimalında qəbiristanlığı şimal tərəfdən əhatə edən dağın cənub ətəyində, dağın yamacı qazılmaqla, bəzi yerlərdə qayanın çapılması yolu ilə inşa edilmişdir. Ona görə də tikilinin giriş hissəsi istisna olmaqla qalan hissəsi torpağın altındadır. Tikilinin cənubdan giriş qapısının baş tərəfində bir kitabə qoyulmuşdur. Sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində dörd sətirdə ərəb-fars dillərində süls elementli nəsx xətt ilə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: "Allahın rəğbətini qazanmaq məqsədilə bu mübarək şərəfli məkan mərhum, cənnətməkan Hacı Ağacan Ordubadinin oğlu yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə cəmadiəl-axir ayının 2-si tarixində, 1264-cü ildə (06.05.1848-ci il) tamam oldu". Ordubad şəhər əhalisinin söylədiyinə görə bu buna xidməti xarakter daşımış, orada meyidlər yuyulmuş və hər hansı bir səbəbdən meyidin müvəqqəti saxlanmaq zərurəti yarandıqda, orada saxlanmışdır. Məhz buna görə də daxilində daim, xüsusilə isti yay aylarında sərin hava olmasını təmin etmək məqsədilə tikilinin çox hissəsinin (arxasının, yanlarının və üstünün) torpağın altında qalması üçün abidə dağın yamacında inşa edilmişdir. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır. Əhalisi 134 nəfərdir. Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir.
Ordubad (1991)
Film Ordubad bölgəsinə, onun ərazisində yerləşən tarix-memarlıq abidələrinə həsr edilmişdir. Filmdə "Gün keçdi", "Arvadım mənim, uşaqlarım mənim", "Gözlə məni" və "Tənha narın nağılı" filmlərindən musiqilər səsləndirilmişdir. Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov ????: R. Salayeva ????: Ziya Babayev (Z. Babayev kimi) Səs operatoru: Şamil Kərimov ????: A. Həsənov Montaj edən: Lidiya Vyalsova ????: S. Məmmədquluoğlu Filmin direktoru: İbrahim Səfərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Ordubad (dəqiqləşdirmə)
Ordubad — Naxçıvanda şəhər. Ordubad — Şəhriyar qəsəbəsinin əvvəlki adı.
Ordubad (şəhər)
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Ordubad Buzxanası
Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.
Ordubad düzü
Ordubad düzü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində düzənlik. Arazboyu düzənliklərdən biri. Arazın sol sahilindədir. Şimalda Aşağı Əylis kəndinədək davam edir. Cənub-şərqdən başlayaraq şimal-qərb istiqamətində Dəstə kəndinədək 9 kilometr məsafədə uzanır. Səthi parçalanmış maili düzənlikdir. Əylisçay, Ordubadçay, Gənzəçay çaylarının gətirmə konuslarından təşkil olunmuşdur. Qərb hissəsi Yuxarı Əylis kəndindən başlayaraq Araz çayına qədər struktur sel çöküntüləri ilə örtülmüşdür. Ordubad düzünün şimal hissəsində Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru əkinçilik üçün yararlı dağ-qəhvəyi torpaqlar, şərqində isə dar zolaq şəklində dağ-açıq şabalıdı torpaqlar yayılmışdır.
Ordubad hamamı
Ordubad hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş memarlıq abidəsi. Hamamın ümumi sahəsi 483 m², divarların qalınlığı 1 metrdir. Bina 20 x 20 x 5 ölçüdə bişmiş kərpiclə inşa olunmuşdur. Hamam düzbucaqlı strukturu ilə digər orta əsr Şərq hamamlarından fərqlənir. Hamam əsasən geniş vestübül, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş var. Hamama vestibülünə eni 1 metr olan çatma tağ formalı dəhlizdən daxil olunur. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Zalın divarlarında hamama gələnlərin əşyalarını qoymaq üçün 4 ədəd dərin (2,8 x 1,3 m, 2,8 x 2,8 m) taxça var. Taxçalar hamamın səthindən 60 sm hündürlükdədir.
Ordubad mədrəsəsi
Ordubad mədrəsəsi — Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır. Ordubad mədrəsəsi Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biridir. İslamın yayıldığı ərazilərdə mədrəsə binalarının inşasına Abbasilərin hakimiyyəti dövründən başlanılmış və XII əsrdə geniş yayılmışdır. Mədrəsə kompleksləri adətən məscid binaları ilə birlikdə inşa edilir və mədrəsə məscidi əksər hallarda həm də cümə məscidi rolunu oynayırdı. Bəzi hallarda isə mədrəsələr artıq mövcud olan daha qədim cümə məscidlərinin yanında inşa edilir və kompleks yaradırdı. Bu cür komplekslərə misal kimi Gəncə və Şamaxı şəhərlərindəki cümə məscidləri ətrafında yaradılmış kompleksləri göstərmək mümkündür. Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Mənsub olduğu məscidin və özünün vəqfləri hesabına maliyyələşən mədrəsə Cümə məscidindən təхminən 100 metr şimalda yerləşir. Uzun müddət ipəkçilik idarəsi yerləşdiyindən müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini saхlamışdır. Tədqiqatçıların fikrincə bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.
Ordubad qayğanağı
Ordubad qəzası
Ordubad qəzası — İrəvan quberniyasında inzibati-ərazi vahidi. V.Zelinskinin verdiyi məlumatlara görə Ordubad qəzasında 1873-cü ildə 26 ipək fabriki fəaliyyət göstərirdi: Ordubadda 14, Yuxarı Əylisdə 8, Vənənddə, Nüsnüsdə və Aşağı Əylisdə 4 fabrik işlədilirdi. İpək fabriklərinin bir çoxu Kəlbəlixanovlara məxsus idi. Bu fabriklərdə 163 usta, 262 şagird, 29 fəhlə işləyirdi. Buna görə də Ordubad şəhəri əhəmiyyətli ticarət və sənətkarlıq mərkəzinə çevrilirdi. Hesabata görə Ordubad qəzasında ümumi dəyəri 40 min manat (gümüş pulla) olan 200 putdan artıq ipək hasil edilib.
Ordubad rayonu
Ordubad rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 50 min nəfərdir. Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Culfadan sonra üçüncü ən böyük şəhərdir. Ordubad bağlar diyarı, güllər, çiçəklər, bülbüllər, nəğmələr şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhəri XII əsrdən məşhurdur. Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"(və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s.
Ordubad yasaqlığı
Ordubad yasaqlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yasaqlıq. 1969-cu ildə təşkil olunmuşdur. Yasaqlıqda Cənubi Qafqaz və bölgə üçün nadir olan bezoar keçisi (qaya keçisi) mühafizə edilir.
Ordubad yemişanı
Ordubad şəhəri
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Oyuqludağ (Ordubad)
Oyuqludağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Düylünçayı ilə Gilançayın suayrıcında, Düylün kəndindən 3 km şimal-qərbdədir. Hündürlüyü 1182 m-dir. Konusvarı formadadır. Ordubad rayonu ərazisində dağ (hünd. 1182,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Baş Dizə kəndindən 3,2 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir.
Qaladağ (Ordubad)
Qaladağ – Ordubad rayonu ərazisində dağ (hünd. 1349,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 2,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Üst Dərəlik yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxmış və Alt Pliosen yaşlı andezit-dasitlərdən təşkil olunmuş ekstruzivə uyğun gələn sıldırım yamaclı günbəzdir. Relyefdə kəskinliyi və ekzotik görünüşü ilə nəzəri cəlb edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Xoşkeşin-Düylün sinklinalının cənub-qərb qanadında yerləşir.
Qeysəriyyə (Ordubad)
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qoşadizə (Ordubad)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi adlandırılmışdır. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Klubu, kitabxanası, tibb məntəqəsi var. Rayonun mərkəzindən 22 km şimalda, Gilançayın sağ sahilindədir. Əhalisi 467 nəfərdir. Əhalisi meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.
Sabirkənd (Ordubad)
Sabirkənd (əvvəlki adı: Sabir) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Sabir kəndi Sabirkənd adlandırılmışdır. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Rayon mərkəzindən 23 km şimal-şərqdə, Ordubad-Naxçıvan avtomobil yolunun sağ kənarında, Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Əhalisi 1128 nəfərdir. Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur.
Göygöl (Ordubad)
Göygöl — Azərbaycanın Ordubad rayonunda şirinsulu, axarlı göl. Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Suyu şəffaf göyümtül rəngə çaldığına görə belə adlandırılmışdır.
Firuz bəy Ordubadski
Firuz bəy Mehdi oğlu Ordubadski (1888–1937) — həkim. == Həyatı == Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu. 1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-30-da: sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Gilan türbəsi (Ordubad)
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir. Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. == Tarixi == Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. == Memarlıq xüsusiyyətləri == Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Hacı ağa Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Hatəm bəy Ordubadi
Hatəm bəy Ordubadi (XVI əsr, Ordubad – 1610-cu illər, Urmiya) — məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri. Nəsirəddin Tusinin törəmələrindəndir. Atası Məlik Bəhram Ordubadın kəlantəri idi. Hatəm bəy Ordubadi, bir müddətdə Xoy hakimi Dolubudaq Rumlunun vəziri olmuşdur. Sonra Kirman hakimi Vəli xan Əfşar və oğlu Beyktaşın vəziri olubdur. Azərbaycan, Ərəb və fars dillərini mükəmməl bilirdi. Hətəm bəy Ordubadi Nəsrəddin Tusinin törəmələrindəndir. Hətəm bəy Ordubadinin qəbri Xorasandadır.
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
M.S.Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Mirzə Sadiq Ordubadi
Mirzə Sadiq Ordubadi (?-?) — Şərq şairi (XVI əsr). Həyatı haqqın da məlumat çox azdır. 1562-ci ildə Hindistana getmiş, biliyi və istedadı, şirin söhbəti, gözəl rəftarı, xoş xisləti və təmiz əxlaqı ilə şöhrət qazanmışdır. Fars dilində yazmışdır. Rübai janrına daha çox meyl göstərmiş, bu janrda aşiqanə və fəlsəfi məzmunlu əsərlər, o cümlədən Cəlaləddin Dəvvani və Əbdürrəhman Caminin rübailərinə cavab və nəzirələr yazmış, onların şeirlərini şərh etmişdir. Sadıq bəy Avşar (Sadiqi) "Məcməül-xəvas" (1599) təzkirəsində M. S. O.-nin həcv deməkdədə mahir olduğunu qeyd etmişdir. Bəzi mənbələrə görə ("Həft iqlim" təzkirəsi və s.) Böyük Moğol hökmdarı Sultan Əkbər Cəlaləddin şah [1556–1605] Dəkkəni aldıqdan sonra burada dövlət qulluğunda çalışan M. S. O. Qəribguş qəsəbəsin də öldürülmüşdür. Tərbiyət M. Danişməndani-Azərbaycan, B., 1987, səh. 278–79.
Mirzə Talıb xan Ordubadi
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir. 1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Möhtərəm Ordubadi
Möhtərəm Ordubadi — şair. XIX əsrdə Ordubadda yaşayıb. Əncüməni şüəra ədəbi məclisinin üzvü olub. Fars dilində də yazmışdır. Azərbaycan Milli Elmər Akademiyası Əlyazmalar İnstututunda saxlanılan bəzi cünglərdə şeirlərindən nümunələr mühafizə edilmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 326.
Məhəmməd Əli Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Məmməd Səid Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Məmməd Səid Ordubadinin ev muzeyi
Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey. Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.
Məmməd Səid Ordubadinin ev muzeyi (Bakı)
Məmməd Səid Ordubadinin Ev Muzeyi — tanınmış Azərbaycan ədibi Məmməd Səid Ordubadinin Bakı şəhərində yaşayıb, fəaliyyət göstərdiyi evdə yaradılmış muzey. Muzey Bakı şəhəri, Xaqani küçəsi 19 ünvanında yerləşir. Muzey Azərbaycan SSR-in direktiv orqanlarının 16 iyun 1976-cı il tarixli qərarı ilə 31 oktyabr 1979-cu ildə ədibin 1938-ci ildən ömrünün sonunadək yaşayıb yaratdığı mənzildə təşkil olunmuşdur. Muzey hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Muzeyin fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələməaldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır. İkinci otaq, M.S.Ordubadinin bütün yaradıcılığını əks etdirir.
Məmməd Səid Ordubadinin ev muzeyi (Naxçıvan)
Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey. Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.
Ordubad-Culfa seçki dairəsi

Digər lüğətlərdə