ORDUGAH

is. Qoşunların, məskun məntəqələrdən kənarda müvəqqəti mənzil saldıqları yer. Qoşunlar ordugaha qayıtdılar.
– Səhnə Tərtər çayı sahilində İsgəndərin ordugahını və çadırlarını təsvir edir. A.Şaiq.
[Zabit:] Göz-qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ORDUGAH ordugah bax düşərgə 1
ORDUBAŞI
ORFOEPİK

Digər lüğətlərdə