Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hazırım
Hazırım, Candan Erçetin'in ilk albomudur. Bu albomu 1996 ildə çıxardıb.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pazırıq mədəniyyəti
Pazırıq mədəniyyəti—Dəmir dövrünə aid arxeoloji mədəniyyət. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir. Pazırıq kurqanları ilk dəfə (Katandin kurqanı və Qazaxıstanda Berel şəhərində Pazırıq mədəniyyətinə aid olan məqbərədə yerləşən kurqan bura daxildir) 1865-ci ıldə öz « donuq » qəbirləri ilə açılmışdır. Elə həmin vaxt ilk dəfə olaraq buzda donaraq dövrümüzə gəlib çıxmış paltarlar da aşkarlanmışdır. Bu kurqandan tapılan tapıntılar içərisində ən qiymətli tapıntı hazırda Moskva dövlət Tarix muzeyində sərgiyə çıxarılmış Katandin qaftanıdır. Həmin muzeydə saxlanılan digər nadir əşya isə samur xəzindən və çin ipəyindən tikilmiş və formasına görə fraka bəzədiyindən elə frak da adlanan bir eksponatdır.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
Bakı Hazırdır (1940)
Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. == Məzmun == Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir. == Filmin üzərində işləyənlər == Rejissor: Əbdül Həsənov Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Buraxılışa Hazırdır (1974)
Buraxılışa hazırdır qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Məzmun == Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Festival və mükafat == 1974-cü ildə Kalininqradda "İnsan və Dəniz" şüarı altında keçirilən Ümumittifaq kino festivalında film I dərəcəli diplom almışdır.
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hazırkı monarxların siyahısı
Monarx hər hansısa bir dövləti ömürlük və ya abdikasiyaya qədər idarə edən və taxtı doğumla əldə edən şəxs tərəfindən idarə olunan hökumət forması olan monarxiyanın başçısıdır. Monarxlar avtokrat ola bilər (bütün mütləq monarxiyalarda olduğu kimi) və ya sadəcə məhdud səlahiyyətləri olan və yaxud heç bir səlahiyyəti olmayan, başlıca səlahiyyətin qanuni orqan və/və ya icra kabinetində olduğu (bir çox konstitusional monarxiyada olduğu kimi) mərasim fiquru ola bilər. Çox vaxt monarx həmçinin dövlət dini ilə də əlaqəli olur. Siyasi və sosiokultural elmlərdə monarxiyalar irsi idarəetmə ilə əlaqələndirilir. Belə ki, həm tarixi, həm də müasir dövrdə çox monarx kral ailəsində doğulmuş və böyümüşdür. Bəzi monarxiyalar isə irsi xarakter daşımırlar. Belə ki, hökmdar seçkili proseslə müəyyən edilir. Buna müasir nümunə Malayziyadır.
Seksual razılıq yaşı
Seksual razılıq yaşı (razılıq yaşı) — cinayət hüququnda şəxsin başqa şəxslə cinsi əlaqəyə girmək üçün məlumatlı razılıq verməyə qadir olduğu hesab edilən yaş. Əksər hallarda, yetkin şəxs bu yaşdan kiçik biri ilə cinsi əlaqədə olarsa, qanuni olaraq məsuliyyət daşıyır. Bu cinayətə görə cəzalar qanundan, yaşlı tərəfin yaşından və şəriklər arasındakı yaş fərqindən asılı olaraq dəyişir. Bəzi ölkələrin qanunlarında yetkin şəxsin özündən kiçik bir şəxs (müəllimlər, həkimlər, məşqçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri) üzərində səlahiyyət sahibi olduğu vəziyyətlərdə seksual razılıq yaşı anlayışı da var. Cinsi razılıq yaşı yetkinlik yaşı və ya insanın evlənə biləcəyi yaş (nikah yaşı) ilə qarışdırılmamalıdır. Seksual razılıq yaşı qanundan asılı olaraq geniş şəkildə dəyişə bilər, baxmayaraq ki, əksər ölkələrdə bu yaş 14–18 yaş arasındadır. Ancaq seksual razılıq yaşı heç bir yaşdan 20 yaşa qədər ola bilər. Xüsusi məna cinsi əlaqənin növü və tərəfdaşların cinsi ilə müəyyən edilə bilər.
Bakı hazırdır! (film, 1940)
Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. == Məzmun == Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir. == Filmin üzərində işləyənlər == Rejissor: Əbdül Həsənov Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bakı hazırdır (film, 1940)

Buraxılışa hazırdır (film, 1974)
Buraxılışa hazırdır qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Məzmun == Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Festival və mükafat == 1974-cü ildə Kalininqradda "İnsan və Dəniz" şüarı altında keçirilən Ümumittifaq kino festivalında film I dərəcəli diplom almışdır.
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.