BAZARLIQ


1. is. Bazardan alınmış şeylər.
□ Bazarlıq etmək1) bazardan ev üçün lazımi şeylər almaq.
[Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov.
Firəngiz bazarlıq edir, xörək hazırlayır, ata və oğulun yolunu gözləyirdi. S.Rəhimov;

2) alver etmək.
Hazırda sizinlə bazarlıq edəcək tacirlərdən deyilik. M.S.Ordubadi.

2. is. etnoqr. Ərə gedən qız üçün paltar.
Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, – deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır. H.Sarabski.
Sabahı günü Əhməd kişi işdən qayıdandan sonra qızını evdə tapmadı.
Tərs kimi bu gecə qıza bazarlıq gələcəkdi. Ə.Məmmədxanlı.

□ Bazarlıq etmək – toy üçün lazımi şeylər almaq.
3. sif. Bazarda satmaq üçün hazırlanan.
BAZARLAŞMAQ
BAZBURUD

Digər lüğətlərdə

кабэ́ одна́-одинёшенька окропи́ться получа́тельница спи́санный ви́шенка загоро́дка капстрана́ мерзопа́костность обива́ться обры́вистость отма́ливать переха́живание прейти́ пучегла́зие штабели́ровать последний bondmaiden doss down half-herringbone politico-military warranty whopping аквамарин стерпеться