Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
İlbər Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.