Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ortaoba
Ortaoba — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Ottana
Ottana (sardin: Otzàna) Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. == Qonşu kommunalar == Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Ortanis (Salmas)
Ortanis (fars. اورتانيس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər. yaşayır (20 ailə).
Ortancıl Malkolm
Ortancıl Malkolm (ing. Malcolm in the Middle) — Linvud Bumer tərəfindən yaradılmış ABŞ sitkom serialı. 9 yanvar 2000-ci ildən 14 may 2006-ci ilə qədər Fox telekanalında 151 seriyası yayımlanaraq sona çatmışdır. Serial 165 IQ səviyyəsinə malik 11 yaşlı vunderkind Malkolmun (Frenki Muniz) maraqlı həyatından bəhs edir.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Oriana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929 –15 Sentyabr 2006) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Ornanda dəfn (Kurbe)
“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo. == Tarixi == Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdirRəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:: == Sujeti == Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır.
Ortada adam hücumu
Ortada adam hücumu (ing. Man-in-the-middle Attack) – autentifikasiya protokolunun əsasında yerinə yetirilən hücum. Hücum edən autentifikasiya olunan və autentifikasiya edən tərəflər arasında yerləşərək onlar arasında ötürülən verilənləri ələ keçirə və dəyişə bilər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Vrança (judets)
Vrança judetsi (rum. Judeţul Vrancea) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4857 km². Şərqdə — Vasluy və Qalats, qərbdə — Kovasna, Bakeu, cənubda — Buzeu və cənub-şərqdə — Breila judetsləri ilə sərhəddir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı 323 080 nəfər, sıxlığı — 66,52 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 3 şəhər və 68 kommuna daxildir.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Yusif Ziya Ortaç
Yusif Ziya Ortaç (23 aprel 1895 – 11 mart 1967, İstanbul)— türk şair, yazıçı, ədəbiyyat müəllimi və siyasətçi. Türk şeirində Beş Hecaçılar olaraq adlandırılan qrupdan olan, Türk Ədəbiyyatının görkəmli yumor yazıçılarındandır. Beş Hecaçılar qrupunun üzvlərindən olan Orxan Seyfi Orxon ilə birlikdə Türk dərgiçiliyi sahəsində əsas yeri olan siyasi-yumoristik dərgisi "Ağbaba"nı yaratmış, bu dərgidəki yazıları ilə böyük kütlələri heyran etmişdir. VIII və IX Dövr Ordu Millətvəkili kimi Türkiyə Böyük Millət Məclisində yer almışdır. == Yaradıcılığı == Yusuf Ziya daha çox "qadın şairi" kimi tanınmışdır. Şeiri dərin deyildir. Onun ən qüvvətli yönü satirik şair olmasıdır. Heca vəzninə və türkcəyə xidmətlərini bu şəkildə dilə gətirir: "Biz şeirdə inqilab edən nəsilik. Düşünün, böyük şair Əhməd Haшиmиn "Zцcacи-sяnяtц fиkrяtlя yцksяlиrlяr hяp" deyə yazdığı bir zamanda bir neçə gənc çıxır, ərəb və əcəm notunu bir yana atıb heca vəznilə və danışılan İstanbul türkcəsiylə şeir sınaqlarına başlayır. Bu örnəksiz işi asan sanmayın.