Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. == Azərbaycanda == 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.