OUTLET

n 1. axıb getmə, axma; 2. giriş və ya çıxış dəliyi; buraxılış, çıxış; su axıtma qurğusu; 3. məc. fürsət / imkan açılma (bacarığı, qabiliyyəti göstərmək üçün); He needed an outlet for that driving energy Ona enerjisini sərf etmək üçün bir imkan lazım idi; 4. ticarət məntəqəsi; mağaza; ticarət / satış bazarı; India is the most important outlet for British goods Hindistan İngiltərə üçün mallarının satışı baxımından ən vacib bazardır, retail ~s pərakəndə satış / ticarət mərkəzi; 5. tex. ştepsel rozetkası; 6. otlaq, örüş; həyət; evin ətrafındakı hər hansı çəpərlənmiş sahə;

◊ oil ~ yağ axıtma; yağ axıdılan dəlik; ~ to the sea dənizə çıxış

OUTLAY
OUTLIER
OBASTAN VİKİ
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. == Azərbaycanda == 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.

Digər lüğətlərdə