Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Joze Marsole
Joze Marsole (d. 20 noyabr 1973) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Joze Marsole, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Tripanasoma Persale
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. == Yayılması == Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.
Deep Purple
Deep Purple — 1968-ci ilin fevralında Xardfordda qurulan ingilis rok qrupudur. 1970-ci ildən bəri "ağır musiqi"-də gözə çarpan, nüfuzlu qruplardan hesab edilir. Musiqi tənqidçiləri Deep Purple-i hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və heavy metal inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun albomları ABŞ-də 7.5 milyon, o cümlədən bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə Deep Purple Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Üzvlər == İndiki üzvlər Ian Gillan - vokal, harmonika, konga (1969-1973, 1984-1989, 1992 - bu gün) Steve Morse - elektro gitara (1994 - bu gün) Roger Glover - bas gitara, sintesayzer (1969-1973, 1984 - bu gün) Don Airey - klaviş (2002 - bu gün) Ian Paice - zərb (1968-1976, 1984-bu gün)Əvvəlki üzvlər Ritchie Blackmore - Elektro Gitara (1968-1975, 1984-1993) Jon Lord - klaviş, bekvokal (1968-1976, 1984-2002) Rod Evans - vokal (1968-1969) Nick Simper - bas, bekvokal (1968-1969) David Coverdale - vokal (1973-1976) Glenn Hughes - bas, vokal (1973-1976) Tommy Bolin - gitara, vokal, pianino (1975-1976) Joe Lynn Turner - vokal (1990-1992) Joe Satriani - gitara (1993-1994) == Diskoqrafiya == === Studiya albomları === Shades of Deep Purple (1968) The Book of Taliesyn (1968) Deep Purple (1969) Deep Purple in Rock (1970) Fireball (1971) Machine Head (1972) Who Do We Think We Are (1973) Burn (1974) Stormbringer (1974) Come Taste the Band (1975) Perfect Strangers (1984) The House of Blue Light (1987) Slaves & Masters (1990) The Battle Rages On (1993) Purpendicular (1996) Abandon (1998) Bananas (2003) Rapture of the Deep (2005) Now What?! (2013) Whoosh!
Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. == Təsirlər == Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir.