Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şayəstə Qadınəfəndi
Şayəstə Qadınəfəndi (d. 1838 — ö. 11 fevral 1912) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı. == Həyatı == Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Nadir mirzə Arəstə
Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, Təbriz – XX əsr, Tehran)—diplomat, nazir == Həyatı == II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi. Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı. 1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu. == Ailəsi == Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu.
Papeete
Papeete (fr. Papeete) — Fransa Polineziyasının paytaxtı, Taiti adasında yerləşir. Əhalisi 26 min nəfər, şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə əhalisi 130 min nəfər (2002-ci il rəqəmləri). Papeete ölkənin əsas dəniz limanıdır, həmçinin burada beynəlxalq hava limanı yerləşir. == Adın etimologiyası == Şəhərin adı taiti dilindən tərcümədə «zənbildən götürülmüş su» deməkdir.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Peste Noire
Peste Noire (ing. Peste Noire) - qrup adını qara ölümdən götürmüşdür. PN La sale Famine de Valfunde tərəfindən Avignon da 2000-ci ildə yaradılmışdır. Bu günə qədər bütün mahnılar (Folkfuck Folie albumundakı La Césarienne mahnısından başqa) La sale Famine tərəfindən yazılıb. Qrup standart blək metal elementləri ilə milli fransız instrumentləri qarışığı musiqi ifa edir. Qrupun hazırladığı musiqi çox vaxt melodik və kədərli olur, uzun müddətli mahnıların yazılması üçün xaotik və aqressiv səslərə ehtiyac duyulmaqdadır. Qrupun adlandırılması zamanı bəzən P.N. və yaxud K.P.N formalarından istifadə edilməkdədir.
Cut, copy, paste
Cut, copy, paste (ing. cut, copy, paste) - əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.