Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padşahın məhəbbəti (pyes)
Padşahın məhəbbəti (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. == Əsər haqqında == Əsər 1923-cü ildə "Azərbaycan Xalq Maarif Komissarlığı, Ali-Siyasi Maarif İdarəsinin Nəşriyyatı" tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər bir pərdədən ibarətdir. Müəllifin bu əsəri yazmaqda məqsədi feodalizm dövrünün çatışmazlıqlarını yeni yaranmış sosializm cəmiyyətinə izah etməkdir. Əsər Əbdürrəhimbəy Haqverdiyevin sovet dövründə yazdığı ilk əsərlərdən biridir. Əsərdə ölkəsində qəddar bir padşahın etdiyi haqsızlıqlardan bəhs edilir. O, kənd sakinlərindən Səidin arvadına aşiq olur və öz vəzifəsindən istifadə edərək məqsədinə çatmağa çalışır. Bunun üçün Səidi həbsxanaya salır və ona işgəncə verir. Nəhayət qazıya rüşvət verir və Səidin arvadını alır. Etdiyi bu haqsızlıq Səidin ölümünə səbəb olur.