BARGAH

is. [ fars. ] tənt.
1. Saray; padşaha məxsus imarət.
Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə.
[Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına … çevirəcəyəm. C.Cabbarlı.

// Padşahın qəbul salonu.
Tehranda Ağa Məhəmməd şah öz bargahında əyləşib səndəl üstündə. Ə.Haqverdiyev.

// köhn. Böyük bir şəxsin hüzuru.
2. Liman, gəmi dayanacağı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BARGAH bargah bax saray
BARƏ₂
BARGƏH
OBASTAN VİKİ
Bargah (Çaroymaq)
Bargah (fars. بارگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (34 ailə).

Digər lüğətlərdə