Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.
Paşabəy (Həştrud)
Paşabəy (fars. پاشابيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (64 ailə).
Atabəy (dəqiqləşdirmə)
Atabəy — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Atabəy (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Atabəy parkı hadisəsi
Atabəy parkı hadisəsi (farsca:واقعه باغ اتابک)— əsasən Cənubi Azərbaycandan olan 300 üsyançının ölümünə səbəb olan münaqişə nəzərdə tutulur. 8 avqust 1910-cu ildə baş vermişdir. == Məşrutə inqilabında oynadığı rol == Səttar xan Bakıdakı cənubi azərbaycanlıların yaratdığı İctimaiyyun-Amiyyun və ya Sosial Demokrat Partiyası ilə yaxın əlaqələri var idi. Onun məşhurlaşmasının səbəbi Təbrizin Əmirxiz məhəlləsində məşrutə tərəfdarı şəxslərə rəhbərlik edərək üsyan başlatması olmuşdur. 1907-ci ildən etibarən o, üsyançıların rəhbərinə çevrilmişdir. Qacar şahı Məhəmmədəli şah Qacar Məclisi bombardman etdikdən sonra minlərlə ordu ilə məclisin qapadılmasına etiraz edən Təbrizə hücum etdi. Buna cavab olaraq, 1908-ci ilin iyununda Səttar xannı rəhbərliyi altlnda Ali Hərbi Şura yaradıldı. Səttar xan bu şuranın rəhbəri, Bağır xan onun köməkçisi təyin edildi. Əli Müsyö, Hacı Əli və Seyid Haşim bu şuranın üzvü olan digər məşhur şəxslər idilər. 1909-cu ilin aprelində Təbriz üsyançıları royalistləri şəhərdən qovmaq üçün öz qüvvələrinin xeyli hissəsini qurban verdilər.
Atabəy Eldəniz (tarixi roman)
Atabəy Eldəniz romanı — Yunus Oğuz tərəfindən tarixi roman janrında yazılmış roman. == Haqqında == “Atabəy Eldəniz” əsəri müəllifin yeddinci tarixi romanıdır. Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır. Kitaba rəyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse - prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA - nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıblar. == Məzmun == Əsər 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti, Atabəylər dövlətinin əsasını qoyan Atabəy Şəmsəddin Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir. Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır… Dövrün ən ziddiyyətli məqamları ( xaşxaşilər hakimiyyətinin güclənməsi, Səlcuq dövlətinin zəifləməsi, konfliktlər, qarşıdurmalar) bu kitabda əks olunub.Müəllif hadisələri həm münaqişələrlə müşayiət edir, həm də tarixi - xronoloji ardıcıllığı qoruyub saxlayır.
Atabəy II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
İzrael Patnem
İzrael Patnem (ing. Israel Putnam; 7 yanvar 1718 – 29 may 1790) — ABŞ ordusu generalı, ABŞ İstiqlal müharibəsi (1775–1783) zamanı Bunker-Hill döyüşündə (1775) fərqlənmişdir. O, əvvəllər Fransa–hindi müharibəsi zamanı Rocers reyncerləri tərkibində mohok hindiləri tərəfindən əsir götürülmüş və ritual yandırmaqdan çətinliklə xilas olmuşdur. Patnem 1775-ci ildə Kontinental Ordunun ilk dörd böyük generalından biri olmuşdur. Patnemin şücaətinin hekayələri koloniyalarda geniş yayılmış və Amerika folklorunun bir hissəsi olmuşdur. == Mədəniyyətdə == Putnam "Assassin's Creed III"də görünür və personajlardan biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Brooks, Victor. The Boston Campaign. Combined Publishing. 1999.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).