Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Çaxırlı (Cəbrayıl)
Çaxırlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çaxırlı oyk., sada. Cəbrayıl r-nunun Mehdili i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; İmişli r-nunun Məzrəli i.ə.v.-də kənd. Mil düzündədir; Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakarlçakır tayfasının adını daşıyır.
Çaxırlı (Göyçay)
Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisinin sayı 3259 (2009) nəfərdir. == Məşğuliyyəti == Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur. == Toponomikası == A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır.Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub. Məsələn, 1490-cı illərdə Ağqoyunlu Rüstəm Mirzənin müdafiəçilərindən biri olan Həsən bəy Çakurlu Ərdəbil və Muğanın hakimi olub.
Çaxırlı (Göyçə)
Çaxırlı — Göyçə mahalında kənd rayon mərkəzindən 3 km qərb tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən erməni kəndi Tüstülü kəndi ilə 30 m, cənub şərq tərəfdən Qırxbulaq kəndi ilə 1 km, cənub tərəfdən isə Subatan kəndi ilə 7 km həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı ərazidə suyun çox olmasına görə Qızılbulaq adlandırılmışdır. Qızılbulaq adı 1890-1895-ci illərə qədər olmuşdur. Kəndin ikinci adı Çaxırlı sözü Ağalıqlar tayfasından kənd ağası Böyükağanın adı ilə bağlıdır. O, Sankt-Peterbuq şəhərinə Çar II Nikolayın yanına gedərək kəndin adının Çaxırlıya dəyişdirilməsini xaiş etmişdir. Çaxırlı adı 1969-cu ilə qədər olmuşdur. Kəndin üçüncü adı erməni dilində Sovetkəndi mənasını bildirən Sovetakerd 1988-ci ilin dekabrına qədər olmuşdur. Kənddə ağalıq və kəndxudalıq rejimləri olmuşdur.
Çaxırlı (Masallı)
Çaxırlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2014 nəfərdir. == Toponimiyası == Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür.
Çaxırlı (İmişli)
Çaxırlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mil düzündədir.
Çaxırlı bələdiyyəsi
Çaxırlı bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Çaxırlı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Çaxırlı bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Mamırlı
Mamırlı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mamırlı sözünün mənası şivyəkimilərdən olan rütubətli meşələrdə bitən Mamır sözündəndir. Vaxtı ilə həmin ərazidə yaşayan Alışarlar tayfası (Alaşallılar) bellərinə bağladıqları alaşalları boyamaq üçün Mamır bitkisindən istifadə etdikləri üçün Mamırlı-yəni Mamır bol olan yer sözü yaranmışdır. Alışarlar tayfası tədricən yox olmuş onların adları ilə adlandırılan qəbirsanlıq qalmışdır. Təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər və digər maddi mədəniyyət nümunələri tədqiqi göstərir ki, Mamırlı kəndi b.e.əvvəl yaşayış məskəni olmuşdur. Tarix müəllimi Cəfərov Məzahir Məhəmməd oğlu. == Əhalisi == Aynur Camalqızı — jurnalist, yazıçı.
Naxırçı
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Palıdlı
Palıdlı (Xaçmaz)
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Allahverdi Baxışlı
Allahverdi Əbülfəz oğlu Baxışlı (18 fevral 1991, Hacıqabul rayonu – 27 sentyabr 2014, Beyləqan rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Allahverdi Baxışlı 1991-ci il fevralın 18-i Hacıqabul rayonunda anadan olub. 2014-cü il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda leytenant Allahverdi Baxışlı şəhid olmuşdur. Baxışlılar ailəsi iki şəhid verib. Allahverdinin atası Əbülfəz Baxışlı 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Hacıqabul rayonunda evinin yerləşdiyi küçə hazırda Əbülfəz Baxışovun adını daşıyır.
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Baxışlı (Xızı)
Baxışlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur. == Tarixi == Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. == Əhalisi == Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil TahirliKəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Zakirli
Zakirli (Xocavənd)