Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apertur
Apertur (lat. apertura – deşik) – 1) optik sistemin Aperturu – optik sistemdən keçən işıq dəstələrinin eninə ölçülərini məhdudlaşdıran həmin sistemin ən kiçik deşiyini (təsiredici adlanan) səciyyələndirən kəmiyyət; linzaların və ya apertur adlanan diafraqmanın ölçüləri ilə təyin edilir. Bucaq və ədədi Aperturalar olur. Bucaq Aperturu optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasında 2σA bucağı ilə xarakterizə edilir. Kənar işıq şüasının və optik oxun arasındakı σA bucağı apertur bucaq adlanır. Ədədi Apertur A = n·sinσA ilə ifadə edilir; n – obyektlə optiki sistemin ön səthi arasındakı mühitin şüasındırma əmsalıdır. Apertur böyük olduqca, müstəvidə təsvirin işıqlığı ilə təyin edilən optik sistemin işıq qüvvəsi (A2 ilə mütənasibdir) və onun obyektin iki yaxın nöqtəsinin ayrı-ayrı təsvirlərini yarada bilmək qabiliyyətini xarakterizə edən ayırd etmə qabiliyyəti (A ilə mütənasibdir) də yüksək olur. Ədədi Aperturu böyütmək üçün mikroskoplarda əşya (qoruyucu şüşə) ilə giriş obyektivi arasında adətən yüksək şüasındırma əmsalına malik immersion adlanan şəffaf maye yerləşdirilir. 2) Antena Aperturu – radioteleskop və ya radiolokator antenasının effektiv sahəsi; müəyyən şəraitdə təqribən antenanın açılma sahəsinə bərabər ola bilər. Apertur şüanın düşmə istiqamətindən asılıdır.
Muadye-Deturb
Muadye-Deturb (fr. Moidieu-Détourbe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38238. Kommunanın 2012-ci il üçün əhalisi 1815 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 235 ilə 423 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Yanq di-Pertuan Aqonq
Yanq di-Pertuan Aqonq — Malayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır. Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır. 16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.