HÖRMƏTSİZLİK

HÖRMƏTSİZLİK Alo kişi nəhayət, Şamo tərəfindən bütün bu söhbəti özünə qarşı olmazın hörmətsizlik sayıb, onun öz qınından çıxan böyüklənməli kimi hesab edib pırçım-pırçım axan tər içində pişdi, pörtüb qızardı (S.Rəhimov); BİEHTİRAMLIQ Sabahı günü dükançılardan biri Kalniyyatm hüzuruna gəlib dedi ki, iğtişaş günündə sənə biehtiramlıq göstərən şəxsi mən bilirəm, mənim dükan qonşumdur, adı Məşədi Kazımdır, adam göndər, onu gətirtdir, cəzasına çatdır (R.Əfəndiyev); BİHÖRMƏTÇİLİK Burada nə kömək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə (C.Məmmədquluzadə); BİHÖRMƏTLİK [Baba:] Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm (Çəmənzəminli); EHTİRAMSIZLIQ Çingiz: Zöhrə xanım, siz ilə əlvida edərək yenə də rica edirəm ki, sizə etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız (S.S.Axundov); ƏDƏBSİZLİK Əmir Toxtamışın tədbirlərilə razılaşmadı, o, xəlifənin məktubunu cavabsız qoymağı yenə Əmirəlmöminə qarşı ədəbsizlik hesab etdi (M.S.Ordubadi); HƏQARƏT Əmir: Əmirəlmöminin məktubunu cavabsız buraxmaq ona qarşı böyük həqarətdir (M.S.Ordubadi); NƏZAKƏTSİZLİK, SAYĞISIZLIQ.

HÖRMƏTSİZ
HÖRÜK

Digər lüğətlərdə

го́ленький жело́ночный жестикуля́ция обарахли́ться противополага́ться стратаге́ма вычища́ть детоуби́йство долёживаться компе́ндиум комплемента́рный кровосмеси́тель ледопа́д окле́йка перевью́чивание почетный граждани́н спех calvity cinder-path come forward finish jaffa paint-box quadraphonics seventies