Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • petroqlif

    petroqlif

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • петроглифы

    -ов; мн. (ед. - петроглиф, -а; м.) (от греч. pétros - камень и glyphē - резьба) см. тж. петроглифический Высеченные на скалах, камнях и т.п. различные

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • PETROQRAF

    сущ. петрограф (специалист по петрографии)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ПЕТРОГРАФ

    м xüs. petroqraf (petroqrafiya mütəxəssisi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • petroqraf

    petroqraf

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • петроглифический

    см. петроглифы; -ая, -ое. П-ие рисунки.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ИЕРОГЛИФИЧЕСКИЙ

    иероглиф söz. sif.; иероглифические письмена heroqlif yazıları.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • иероглиф

    ...обозначающий понятие, слог или звук. Печать с китайским иероглифом. Иероглиф солнца, золота. Писать иероглифами. б) расш. О рисунке, узоре причудливо

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • heroqlif

    heroqlif

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • ИЕРОГЛИФ

    n. hieroglyph, character.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • ИЕРОГЛИФ

    n. hieroglyph, character.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • иероглиф

    иероглиф.

    Tam oxu »
    Ləzgicə-rusca lüğət
  • HEROQLİF

    ...hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı. Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. (Ayzek Azimov. Sözlə

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ИЕРОГЛИФ

    м heroqlif (1. qədim Misir, Çin əlifbasında: bütöv məfhumu və ya hecanı ifadə edən işarə; 2. məc. ilan-qurbağa (oxunmaz yazı).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • HEROQLİF

    I сущ. иероглиф (фигурный знак в системе идеографического письма, обозначающий понятие, слог или звук). Çin heroqlifləri китайские иероглифы II прил.

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ИЕРОГЛИФ

    иероглиф (1. чеб гьарфар тушиз, гьарфунин еринда ишлемишдай чпи са фикир ва я са гаф, слог, са сес къалурдай лишанар тир шикилар. 2. пер. кьил акъа

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • ИЕРОГЛИФ

    heroqlif (1. Qədim misir, çin əlifbasında bütöv məfhumu və ya hecanın ifadə edən işarə)

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • HERÓQLİF

    ...İdeoqrafik yazı sistemində heca və ya səs bildirən fiqurlu işarə. Heroqlif yazısı. Heroqliflər müxtəlif sayda qrafik ünsürdən təşkil olunur.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HIEROGLYPH

    n 1. heroqlif; 2. gizli işarə; 3. məc. “ilan-qurbağa” (oxunmaz yazı)

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • HIEROGLYPHIC

    adj 1. heroqlif; heroqliflə yazılmış; 2. gizli mənası olan; 3. qarmaqarışıq, anlaşılmaz, “ilan-qurbağa”

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • иероглифический

    см. иероглиф; -ая, -ое. И-ое письмо. И-ая надпись. Иероглифический знак.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ИЕРАТИЧЕСКИЙ

    ...◊ иератическое письмо filol. iyeratik yazı (qədim misirlilərdə heroqlif yazısı əsasında düzəldilmiş sadə yazı).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • Mürəkkəb dillər

    ...dili də son dərəcə mürəkkəbdir, çünki bu dildə 50 minə yaxın heroqlif vardır.

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
  • YAZI

    ...графических знаков, принятых для писания). İdeoqrafik yazı идеографическое письмо, heroqlif yazısı иероглифическое письмо; Qafqaz xalqlarının yazısı

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Petroqlif
Petroqlif (Yunanca Petra – qaya və glyphein – oymaq) — qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir. Petroqlif, piktoqrafiya ilə qarışdırılmamalıdır. Petroqlifikaya aid olan ən gözəl nümunələrdən biri də Qobustan dövlət tarixi-bədii qoruğunda olan qayaüstü rəsmləridir. Azərbaycan qayaüstü təsvir abidələri arasında ən çox rast gəlinən zoomorf təsvirlərdən biri də öküz rəsmləridir. Qobustan, Abşeron , Kəlbəcər , Gəmiqaya abidələrində xeyli sayda öküz nümunələri var ki, bunlar da dövrlərə, işlənmə texnikasına və çəkilmə məqsədlərinə görə müxtəlifdirlər. Azərbaycan ərazisi ibtidai öküzlərin yaşaması üçün əlvərişli iqlim şəraitinə, zəngin qida ehtiyatına malik olmuşdur. Bunu Abşeron yarmadasının mərkəzində, Binəqədi yaxınlığındakı bitum yataqlarında aparılan qazıntılar zamanı geoloq Ə. S. Məstanzadə tərəfindən aşkarlanan ərazinin florası və faunası haqqında zəngin materiallar təsdiq edir. Binəqədi qır yatağından tapılmış heyvan sümükləri arasında Qobustan qayalarında təsviri olan, "Məstənzadə öküzü" adlanan öküz var. Tədqiqatçıların fikrincə, "Məstənzadə öküzü" buynuzlu heyvanların əcdadı olub, əhilləşdirilmiş bu növ heyvanlar da onun törəməsidir. Ehtimal olunur ki, bir vaxtlar burda şirin su yataqları bol olmuş, vəhşi heyvanlar, həmçinin ibtidai öküzlər bura su içmək üçün gəlmiş, qırlıqda "tələyə" düşüb batıb qalmışlar.
Gəmiqaya petroqlifləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Nüvədi-Qarqadaşı petroqlifləri
Nüvədi-Qarqadaşı petroqlifləri — Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, стр.623-626; Ə.Ələkbərli.
Qarakilsə petroqlifləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Qobustan petroqlifləri
Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər. Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur. Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir. Mütəxəssislər bunu rəsm çəkənlərin bu hissəni düzgün çəkməyi bacarmadıqları ilə izah etməyin mümkün olmadığını qeyd edirlər.
Soyuqbulaq petroqlifləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. == Tarixi == Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. == Haqqında == Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. == İstinadlar == == Mənbə == Əhməd Oğuz.
Heroqlif
Heroqlif — yazının inkişafı nəticəsində heratik kursiv yazi meydana gəlmişdir. Eramızdan əvvəl VII-VIII əsrlərdə demotik kursiv yazı yaranmışdır. Demotik yazıda liqaturalar çoxdur. Bu demotik yazı mətnlərinin oxunuşunu çətinləşdirir. Sonuncu demotik mətnlər eramızın V əsrinə aiddir. Misir yazısını ilk dəfə 1822 -ci ildə Jan-Fransua Şampolyon deşifrələmişdir. Bundan başqa (heroqlif) başqa dillərdə səs və ya məfhum bildirən yazı işarəsidir.
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.
Misir heroqlif yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. == Yaranması == Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Qızıl ad (heroqlif)
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.