Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pietas
Pietas — Qədim Romada əxlaqın əsaslarından biri. Bu, Roma dinində tanrılara, ölkəyə və qohumlara, xüsusən də valideynlərə hörmət və onlara sadiq bağlılığın personafikasiyası olmuşdur. Romada e.ə. 189-cu ildə tikilmiş və pietasa həsr olunmuş məbəd var idi. Pietas tez-tez sikkələrdə xurma budağı və əsa daşıyan qadın fiquru kimi və ya qurbangahın üzərinə buxur tökən matrona kimi təsvir olunurdu.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. == Pifeyin səyahətinin əhəmiyyəti == Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Pyeta
Pyeta — xristian incəsənətində, xüsusilə heykəltaraşlıqda istifadə olunan, Bakirə Məryəmi ölmüş oğlu İsanı qucağında tutarkən göstərən səhnə.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Tietе
Тiete (port. Rio Tietê) — Braziliya ərazisindən axan çay. Uzunluğu 1150 km təşkil edir. Çayın mənbəyi 1120 metr hündürlükdə Serra-du-Mar zirvəsindən başlayır. Salepolis şəhəri yaxınlığında, Atlantik okean sahilindən 22 km aralıda yerləşir. Çay San-Paulu ştatı ərazisindən axaraq Parana çayına tökülür. Coğrafi xəritələrə çay ilk dfə 1748-ci ildə salınmışdır. Tupi dilində Tiet sözü «əsl çay» mənasını verir. Çayda gəmiçilik inkişaf etdirilmişdir. Turistlər üçün turlar təşkil edilir.
Wibty
Wibty — Azərbaycanın ilk milli sosial şəbəkəsi. == Tarixi == Layihənin qurucusu Həmzə Hüseynli Wibty layihəsi üzərində 2013-cü ildən etibarən çalışmağa başlasa da, layihənin təqdim olunması tam olaraq 2021-ci ilə təsadüf etmişdir. 2013-cü ildən start götürən bu layihə, ilk başlarda bəzi çətinliklər və problemlər nəticəsində bir müddətlik dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayından tam heyət ilə yenidən işə başlayan Həmzə Hüseynli 2021-ci ilin iyul ayının 19-da Wibty sosial şəbəkəsini ictimaiyyətə təqdim etmişdir. == Hədəflər == Wibty ilkin olaraq Azərbaycanda istifadə üçün hədəflənmiş, daha sonra isə qlobal bazara çıxarılacağı müəyyən edilmişdir. Wibty sosial şəbəkəsi bütün funksiyaları özündə cəmləyir və bura əlavə olaraq sosial şəbəkəyə musiqi, habelə açıqlanmayan başqa digər funksiyaların da əlavə ediləcəyi planlaşdırılmışdır. Wibty platforması istifadəyə verildiyi gün 50 000 üzvün qeydiyyatını toplamağı bacarmış və sosial şəbəkəni istifadə edən şəxslərin sayı 2 ay müddətində 150 000-i keçmişdir. Platformanın sürətlə yayılmasını hədəfləyən Həmzə Hüseynli həm təsisçi, həm də rəhbər olduğu Baku Creative Projects şirkətindəki vəzifəsindən ayrılaraq, bütün gücünü Wibty layihəsinə verdiyini və daha da yüksək hədəflərə çatmağı planladığını qeyd etmişdir. Hal-hazırda Wibty şirkətinin 20-dən çox işçi heyəti var.
Rieti
Rieti (it. Rieti, lat. Reate) — İtaliyanın Rieti vilayətinin Latsio regionunda kommuna. İtaliyanın coğrafi mərkəzi onun ərazisində yerləşir. 2008-ci ildə kommunanın əhalisi 47,826 nəfər, əhalinin sıxlığı 231 nəfər/km2 olmuşdur. Rieti 207 km2 ərazini tutur. Raul Quidobaldi stadionunda yüngül atletika üzrə beynəlxalq yarışlar, Rieti Qran-prisi keçirilir.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Piti
Piti - Azərbaycanın milli yeməyi. == Tərkibi == Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir: Qoyun əti - 163 q. Quyruq - 20 q. Təzə alça - 30 q. Noxud - 25 q Baş soğan - 18 q. Zəfəran - 0,1 q. Quru nanə - 0,1 q. İstiot – zövqə görə. Duz – zövqə görə. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
A.Dietr.
Albert Qottfrid Ditrix (alm. Albert Gottfried Dietrich‎; 8 noyabr 1795, Qdansk, Qərbi Prussiya[d] – 22 may 1856, Berlin) — Almaniya botaniki.
Agave picta
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Aloe picta
Xallı əzvay (lat. Aloe maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == Sinonimləri == Aloe commutata Tod. Aloe commutata var. bicolor A.Berger Aloe disticha Mill. [Illegitimate] Aloe gasterioides Baker Aloe grahamii Schönland Aloe latifolia (Haw.) Haw. Aloe leptophylla N.E.Br. ex Baker Aloe leptophylla var. stenophylla Baker Aloe macracantha Baker Aloe maculosa Lam. Aloe obscura Mill.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bauhinia picta
Bauhinia picta (lat. Bauhinia picta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cyathophora picta
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Dirty Diana
Dirty Diana — Maykl Ceksonun mahnılarından biri.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos Ayres) — Argentina aktyoru və komediyaçı.
Felis bieti
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Kris Prett
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Nausithoe picta
Nausithoe picta (lat. Nausithoe picta) — nausithoe cinsinə aid heyvan növü.
One Piece
One Piece (ワンピース, Wan Pīsu, azərb. Van-Pis‎) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır. Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu onu tarixdə ən yaxşı satılan manqa edir. == Dünya == One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir. Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū), İst Blu (東の海(イーストブルー), Īsuto Burū), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū).
IETF
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyacından yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı harç sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.