Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Picasa
Picasa — Lifescape şirkəti tərəfindən yaradılmış rəqəmsal təsvirlərin icrası üçün nəzərdə tutulmuş pulsuz proqram. "Picasa" adı ispan rəssamı Pablo Pikassonun adına uyğun olaraq, mi casa (isp. mənim evim) və "pic" (ing. təsvir, şəkil) sözlərindən yaranmışdır. 13 iyun 2004-cü ildə Picasa Google şirkəti tərəfindən satın alınmışdır.. Picasa fotoserverlərlə (ing. Picasa Web Albums Picasa veb-albomları), həmçinin Blogger, Gmail, YouTube, Google Earth və Google Plus xidmətləri ilə birləşmişdir. == Proqramın imkanları və çatışmazlıqları == === İmkanlar === Skanerdən və kameradan kompüterə şəkillərin yüklənməsi. Kompüterin sərt diskində olan şəkillərin avtomatik indeksləşdirilməsi. Adi və tam ekran, həmçinin slayd-şou rejimində təsvirlərə baxış.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Prasa-du-Komersiu
Bazar meydanı (port. Praça do Comércio) — Lissabonda meydan, Portuqaliya. 1755-ci ildə zəlzələ nəticəsində dağılmış olan Ribeyra Sarayının yerində olduğu üçün Saray Meydanı olaraq da bilinir. Zəlzələdən sonra ərazi tamamilə yenidən quruldu. == Tarixi == Taxo çayının sahillərində bir şəhər yaşayış yerinin meydana gəlməsi, şəhər divarlarının xaricində, çayın yaxınlığında yeni bir kral iqamətgahı (Ribeyra Sarayı) inşa edən Kral I Manuelin fəaliyyəti ilə əlaqələndirilir. Portuqaliya, Avropanın digər bölgələri ilə Afrika, Asiya və Amerikadakı koloniyalar arasında ticarəti tənzimləyən bir liman, bir gəmiqayırma zavodu, Hindistan Evi və digər inzibati binaların tikintisi ilə əlaqədar olaraq ərazi daha da inkişaf etdirilmişdir. Meydana Ticarət adı verildi, bu da Lissabon iqtisadiyyatında yeni funksiyalarını təyin etdi. Meydandakı simmetrik binalar gömrük və liman işlərini tənzimləyən hökumət büroları ilə doldu. Əsas cazibə meydanın mərkəzində 1775-ci ildə açılışı olmuş Kral I Xose heykəlidir. Lissabon Kralına həsr olunmuş yeganə bürünc abidə, dövrünün Portuqaliyalı heykəltəraşı Joakim Maşadu de Kaştru tərəfindən dizayn edilmişdir.
Pirmaşa piri
Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah. Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr оnun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida fоrmasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina оlmuşdur. Pirin ətrafından Оrta əsrlərə aid keramika məmulatının tapılması оnun uzun müddət ziyarətgah kimi istifadə оlunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və оnun ziyarətgaha çevrilməsini, pirin ətrafında оlan qəbiristanlıqla eyni dövrə XIV-XVIII əsrlərə aid etmək оlar. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Pilosa
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Pirasora
Pirəsora — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == İnqilabdan əvvəl bu ərazidə Pirasora adlı bir kənd olmuşdur. Kəndin adı XIX əsrə aid ədəbiyyatda Pirəsura kimi qeyd olunub.Kənd Pirəsora sovet dövründə adlanırılıb. Əslində, "piyəso" sözünün talış dilində mənası "qədim", pirani yurd yeri" deməkdir. Pi (qoca), so (həyət, yer) mənasında işlənir. Pirəsora kəndində məskunlaşan insanlar Cənubi Azərbaycandan köç edərək Diabar çökəkliyində Divağaş kəndində məskunlaşırlar. Piyəso məzarlığında müqəddəs bir şəxsin qəbri ətrafındakı əkinə yararsız torpaqlarda məskunlaşaraq əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. Kəndin ətrafında "Qrdədülə" kəndi ilə qonşuluq münasibati haqqında məlumatlar var. Qrdədülə təpəsində iki otaqlı evin izləri indidə qalmaqdadır. Həmin ev Alyardım bəyin evi kimi yaddaşlarda qalıb.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Pircana
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Pirsaat
Pirsaat (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonuda qəsəbə. Pirsaat (Qaradağ) — Azərbaycanın Qaradağ rayonuda qəsəbə. Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay.
Pitaya
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. == Coğrafiyası == 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. == Adlandırılması == Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. == Növləri == Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. == İstehlakı == Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Spiraea
Topulqa (lat. Spiraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tirana
Tirana (alb. Tiranë) - Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Viraya
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Bidens pilosa var. pilosa
Bidens leucanthema (lat. Bidens leucanthema) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü. == Sinonim == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Cortaderia pilosa var. pilosa
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Eragrostis pilosa var. pilosa
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Kerneria pilosa var. pilosa
Bidens leucanthema (lat. Bidens leucanthema) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü. == Sinonim == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Agrimonia pilosa
Tükcüklü gücotu (lat. Agrimonia pilosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü.
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Ageratina irrasa
Ageratina irrasa (lat. Ageratina irrasa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Miruşa
Miruşa (alb. Mirusha / Mirushë; serb. Мируша / Miruša) — Kosovo Respublikasının mərkəzi hissəsində yerləşən regional park. Park Metohiya düzənliyinin şərqində yerləşir. Ərazidə olan təbiət abidələri, özəl landşaft və biomüxtəlifliyə görə park 1982-ci ildə regional park elan edildi. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin klasifikasiyasına əsasən beşinci kateqoriya statusu almış və 55 580 hektar sahə qorunma zonasına daxil edilmişdir. Park üç munisipalitet ərazisində yerləşir: Klina, Malişevo və Oraxovas. == Ümumi məlumat == Miruşa parkı daha çox eyni adlı çayın axdığı kanyonla məşhurdur. Çay kanyon boyu kaskad şəlalələr, karst tipli göllər əmələ gətirmiş. Geoloji struktur baxımdan kanyon ultra əsas və vulkanik-çöküntü süxurlarından təşkil olunub.
Piraşki
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. == Toponim == Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. == Tarixi == Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.