Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pediment
Pediment- (rus. педимент, ing. pediment, desert rockplain) lat. pedamentum- dayaq, pedis- ayaq/- ana süxurlarda əmələ gəlmiş və nazik kövrək çöküntü qatı ilə örtülmüş, az meylli denu­dasion düzənlik. Əsasən semiarid və arid iqlim şəraitində səthi yu­yulma və şırnaqlı axınlarının təsiri altında dik yamacların paralel geriyə çəkilməsi nəticəsində onların ətəyində əmələ gəlir.
Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. == Aliment öhdəliyi == Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır: Subyektlər arasında ailə münasibətlərinin olması; Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi; Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı. == Aliment Azərbaycan qanunvericiliyində == Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar: 1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar.4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.5) Zəruri vəsaitə malik baba və nənə saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməyən yardıma ehtiyacı olan nəvələrini saxlamağa borcludurlar.M.V. Antokolskaya göstərir ki, alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.M.V.Antokolskaya elə hesab edir ki, alimentin ödənilməsi barədə saziş həm məhkəmə qaydasında aliment almaq hüququ olan şəxslər arasında, həm də hüquqa malik olmayanlar arasında bağlana bilər, ona görə ki, bu halda söhbət könüllü surətdə aliment öhdəliklərinin öz üzərinə götürülməsindən gedir. Belə öhdəliklərə Ailə Məcəlləsinin alimentin ödənilməsi barədə saziş fəslinin normaları qanunun analogiyası üzrə tətbiq edilir. Bizə elə gəlir ki, M.V.Antokolskayanın bu fikri ilə razılaşmaq olmaz, belə ki, aliment ödəməyə boclu olmayan şəxslə məhkəmə qaydasında aliment almaq hüququ olan şəxs arasında bağlanan aliment öhdəlikləri icra vərəqəsi qüvvəsinə malik olmayacaq.
Polimat
Universal insan ensiklopedist, polimat (polymathēs, yun. πολυμαθής) — ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğəti (1715–1780) tərtib və nəşr edən fransız maarifçiləri. Ensklopediya XVIII əsrin sonunda Fransa burjua inqlabının ideoloji cəhətdən hazırlanmasında böyük rol oynamış və zəmanəsinin elmi nailiyyətlərinin müntəzəm külliyyatını vermişdir. 1772-ci ilə qədər "Ensiklopediyanın" təşkilatçısı və rəhbəri Deni Didro olmuş və D`Alamber ona yaxından kömək etmişdir. Monteskyö, Jan Jak Russo, Volter, Helvetsi, Holbax və digər mütəfəkkirlər də enisklopedistlərin sırasında olmuşdur. "Ensklopediya"da feodal ideologiyasına qarşı ardıcıl mübarizəni materialistlər aparmışlar. Lakin ensklopedistlərin daha mötədil hissəsi də kilsənin elmin işlərinə qarışmaması uğrunda çıxış etmiş, özünü ictimai tərəqqinin tərəfdarı saymış, istibdadın tənqidini vermiş, insanın silki zülümdən azad olunmasına tərəfdar çıxmışlar. Ensiklopedist — 1) hərtərəfli məlumatı, təhsili olan adam; 2)tarixdə XVIII əsrin axırlarında Fransada nəşr edilən "Ensiklopediya" ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. Ensiklopedistlər — "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət"i tərtib və nəşr edən fransız maarifçiləri. "Ensiklopediya"nın təşkilatçısı və rəhbəri D. Didro idi.
Polimer
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Françesko Solimena
Françesko Solimena (it. Francesco Solimena; doğum Kanal di Serino, Avellino, 4 oktyabr 1657 – ölüm Neapol, 3 aprel 1747) Barokko dövrü italyan rəssamlardan biri, neopolitan rəssamlıq məktəbinin qabaqcıl nümayəndələrindən biri. == Bioqrafiyası == Françesko Solimena Avellino yaxınlığında, Kanal di Serinoda rəssam ailəsində anadan olmuşdu. Onun ilk müəllimi atası idi. 1674-cü ildə Françesko ömrünün böyük hissəsini keçirdiyi Neapola gəldi. 1702-ci ildə Monte Kazzinoda bir il keçirdi, və 1700 və 1707-ci illərdə Romada yaşadı. Neapolda o, Franseska di Mariya ilə birgə çalışırdı. 1723 və 1728-ci illərdə Solimena Vyanada yaşadı. Burada o, Şahzadə və Komandan Yevgeni Savayskoqonun sifarişlərini hazırlayırdı. O, görkəmli, hörmətli adam və uğurlu rəssam idi, rəssamlıq onu zəngin etmişdi.
" Uralskie pelimeni "
Uralskie pelimeni (рус . "Ура́льские пельме́ни") komediya janrında çalışan Yekaterinburqdan olan Rusiya yaradıcılıq birliyidir. 1993-cü ildə KVN komandası kimi təşkil olunub. Ən məşhur KVN komandalarından biri, 2000-ci ildə KVN Böyük Liqasının çempionu. 2009-cu ildən " Uralskie pelimeni " STS telekanalında öz eyniadlı yumoristik şousunu, eləcə də bir sıra digər yumoristik layihələrini təqdim edir. Komandanın fəaliyyət göstərən onurğa sütunu hələ 1990-cı illərdə komanda KVN komandası olanda formalaşmışdı; post-KVN yaradıcılıq fəaliyyətində bir sıra aktyor və aktrisalar dəvət edildi. Komandanın aktyorları həm də nömrələrin müəllifləridir; Eyni zamanda, " Uralskie pelimeni "-nin müxtəlif layihələri üzərində işləyən başqa ssenarist qrupları da var. == Tarixi == Dmitri Sokolov 1993-cü ildə KVN komandasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Yeni yaradılmış komandanın bütün ilk üzvləri Ural Politexnik İnstitutunun müxtəlif tələbə inşaat dəstələrinin üzvləridir. Komanda öz adını Sverdlovskdakı eyniadlı restoranın şərəfinə almışdır.
Uralskie pelimeni

Kliment Timiryazev
Kliment Arkadyeviç Timiryazev (22 may (3 iyun) 1843, Sankt-Peterburq – 28 aprel 1920, Moskva) — Təbiətşünas-darvinist rus alim. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Kliment Voroşilov
Kliment Voroşilov (23 yanvar (4 fevral) 1881, Verxneye[d], Yekaterinoslav quberniyası[d] – 2 dekabr 1969[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Polimer boru
Polimer boru, plastikdən hazırlanmış boru şəklində və ya boş silindrdir. Əsasən axıcı maye və qazlar (mayelər), çöküntülər, tozlar və kiçik kütlə maddələrin nəql edilməsi üçün istifadə olunur. Polimer boru içməli su, tullantı suyu, kimyəvi maddələr, isti və soyuq mayelər, ərzaq məhsulları, ultra təmiz mayelər, çöküntü, qazlar, sıxılmış hava, suvarma, polimer təzyiqli boru sistemləri və vakuum sisteminin tətbiqi üçün istifadə olunur. Polimer boruları polietilen (PE), polivinil xlorid (PVC), polipropilen (PP), poliamid (PA), polibütilen (PB) və s. kimi müxtəlif termoplastik materiallardan və onların tərkiblərindən hazırlana bilər. == Növləri == Üç əsas polimer boru növü var: === Davamlı divar borusu === İstifadəyə hazır olan termoplastik materialdan bir qat Homogen sistem matrisdən ibarət ekstrüde edilmiş borular. === Strukturlaşdırılmış divar borusu === Bu divar boruları və fitinqlər fiziki, mexaniki və performans tələblərinə nail olmaq üçün maddi istifadə ilə bağlı optimallaşdırılmış dizaynı olan məhsullardır. Strukturlaşdırılmış Divar Boruları müxtəlif proqramlar üçün və boru kəmərləri sistemlərinin xüsusi həlləri, əksər hallarda istifadəçilərlə əməkdaşlıqda hazırlanmışdır. === Bariyer borular === Boru, üç qatlanmış qatın ortasında elastik metal təbəqədir. Bariyer boru, kimyəvi maddələrdən və ya digər çirklənmədən boru (xüsusilə içməli su) içərisindən keçən tərkiblərə əlavə qorunma təmin etmək üçün istifadə olunur.
Polimer qarışıqlar
Elmi-texniki tərəqqinin səviyyəsi artdıqda poliemer materiallarının xassələrinə də tələbatlar artır. Yeni konstruksiya materiallarının, müxtəlif məqsədli məmulatların hazırlanmasında yeni fiziki-kimyəvi və fiziki-mexaniki xassələrə malik polimer materiallarına ehtiyac da artır. Xüsusi xassələrə malik müxtəlif homo- sopolimerlərin sənaye istehsalı yolu ilə alınması əksər hallarda iqtisadi cəhətdən sərfəli olmur. İri tonnajlı sənaye polimerlərinin optimal miqdarlarının kombinasiyası ilə müasir tələblərə cavab verən xassələrə malik kombinasiyaların alınması isə mümkündür. Soyuğa-, istiliyə, zərbəyə- və müxtəlif deformasiyaya davamlılıq xassələrinə malik kombinasiyaların polimer qarışıqlarından alınması məlumdur. Çoxkomponentli polimer sistemlərinin homo- və sopolimerlər, torvari quruluşlu polimerlər və qarışıqlardan ibarət təsnifatı təklif edilmişdir. Göstərilmişdir ki, sopolimerləşmə prosesində, vulkanlaşma və bərkimədə, qarışdırma proseslərində, qarşılıqlı əlaqələnmiş torvari quruluşların alınmasında daha mürəkkəb sistemlərin yaradılması mümkündür. Çox hallarda polimer qarışıqları kimi, bir-birilə kovalent əlaqələrlə əlaqələnməmiş, iki polimerdən ibarət nisbətən bircinsli sistem nəzərdə tutulur. Polimer ərintiləri kimi isə komponentləri makromolekul səviyyədə qarışmış çoxkomponentli polimer sistemləri nəzərdə tutulur. Polimer qarışıqlarının alınmasının bir neçə üsulu məlumdur, ən sadə üsul – amorf polimerlərin şüşələşmə temperaturlarından yüksək temperaturlarda, ərinti rejimində, mexaniki qarışdırılmasıdır.
Yuyçzülyü Polomen
Yuyçzülyü Polomen (v. 524 və ya 525) — Jujan dilindəki adı ilə Sakit xan 521-ci ildə qardaşı oğlunun yoxluğu vaxtında dövlət başsız qalmasın deyə taxta çıxmışdı. Yuyçzülyü Yujufanın üsyanını yatırmış və Qaoçeləri məğlub etmişdi. Anaxuanı neçə dəfə taxta qayıtmağa çağırsa da o qorxaraq gəlməmişdi. 524-cü ildə öldürüldükdən sonra Anaxuan hakimiyyətə qayıtmışdı. Ölümündən sonra hersoq titulu ilə mükafatlandırılmışdı.
Polimer Materialları İnstitutu
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == İnstitutun quruluşunun dəyişdirilməsi, yeni qu­ruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; Elmi istiqamətlərin müasirləşdirilməsi, mul­ti­dissiplinar xarakterli istigamətlərə üstünlük ve­rilməsi, müvafiq layihələrin tərtibi və ma­liy­yələşdirmə üçün təqdimi; İTK vasitələrinin tətbiqinin genişləndirilmə­si, dünya elmi informasiya bazalarından və mən­bələrindən məlumatların toplanması; Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrla­rın instituta cəlb edilməsi ilə yanaşı, gənc kadr­ların hazırlanması və onların aparıcı və­zi­fələrə yerləşdirilməsi; İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nə­ticələrin təhlili və tətbiq üçün təkliflərin ve­rilməsi; Beynəlxalq əlaqələrin genişləndirilməsi, bir­gə layihələr üzrə müqavilələr bağlanması; Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi; == Təşkilatın tarixi haqqında == İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci il­lərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.
Polimer karbon nitrid
=== Ümumi məlumat === Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir. === Qrafitəbənzər karbon nitridin xassələri === Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.
Yüksək şaxələnmiş polimer
YÜKSƏK ŞAXƏLƏNMIŞ POLIMERLƏR Elnarə Т. Аslanova, Тelman А. Аslanov, Bəxtiyar Ə. Мəmmədov, Akif H. Əzizov Məqalə yeni arxitekturaya malik - yüksək şaxələnmiş polimerlərə həsr olunmuşdur. Onların alınma üsulları, quruluşu, xassələri və tədbiq sahələri, eynı zamanda nano- və informasiya texnologiyalarında tədbiqi üzrə ümümləşdirilmiş məlumatlar verilmişdir. Açar sözlər: dendrimer, hiper şaxələnmiş polimer Yüksək şaxələnmiş polimerlər - üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. == Yüksək şaxələnmiş polimerlərin sintez üsulları == Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. === 1. ===
AMEA Polimer Materialları İnstitutu
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == İnstitutun quruluşunun dəyişdirilməsi, yeni qu­ruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; Elmi istiqamətlərin müasirləşdirilməsi, mul­ti­dissiplinar xarakterli istigamətlərə üstünlük ve­rilməsi, müvafiq layihələrin tərtibi və ma­liy­yələşdirmə üçün təqdimi; İTK vasitələrinin tətbiqinin genişləndirilmə­si, dünya elmi informasiya bazalarından və mən­bələrindən məlumatların toplanması; Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrla­rın instituta cəlb edilməsi ilə yanaşı, gənc kadr­ların hazırlanması və onların aparıcı və­zi­fələrə yerləşdirilməsi; İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nə­ticələrin təhlili və tətbiq üçün təkliflərin ve­rilməsi; Beynəlxalq əlaqələrin genişləndirilməsi, bir­gə layihələr üzrə müqavilələr bağlanması; Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi; == Təşkilatın tarixi haqqında == İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci il­lərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.
Polimer Materialları İnstitutu (Azərbaycan)