Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polineziya
Polineziya (yunan dilində: πολύς çox, νῆσος ada) — Sakit okeanın mərkəzi hissəsində, Okeaniyada yerləşən adalar qrupu. 23°30’сş.u. — 28 °C.u. və 176°ç.u. — 109°20’q.u.
Poliqamiya
Poliqamiya (yun. “polys” – çoxsaylı, geniş + “gamos” – nikah) – bir fərdin ikidən çox əks cinsin nümayəndəsi eyni vaxtda nikahda olmasıdır. Onun iki forması vardır – poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə arvadla nikahda olması, poliandriya isə bir arvadın bir neçə kişi ilə nikahda olmasıdır. Poliandriya bəzi cəmiyyətlərdə olsa da çox da yayılmamışdır. Ən çox yayılmış poliginiya olmuşdur. Bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olduğundan irəli gəlir. 2. Bitkilərə münasibətdə poliqamiya eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. == Hakimiyyəti == Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. == Paralel hekayələr == Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Polineziya vilayəti
Polineziya vilayəti Okeaniyanın çoxlu kiçik adalarını- şərqdə Yeni Kaledoniya, Karolin və Marean adalarından tutmuş şimalda Havay adalarını, cənubda Tyamota adalarını əhatə edir. Bu adaların hamısı, Yeni Kaledoniya adası müstəsna olmaqla, okean adalarıdır- vulkan və ya mərcan mənşəlidir. Görünür, Yeni Kaledoniya adası vaxtiyə Şimali- Şərqi Avstraliya və Yeni Qvineyanı Yeni Zellandiya ilə birləşdirən quru sahəsini qalığıdır. Bu adaların faunası başlıca olaraq, bir sıra heyvanların olmaması ilə xarakterikdir, daha doğrusu, aşağıda göstərilən heyvanlar burada yoxdur: 1. Yarasalardan və bəzi kiçik gəmiricilərdən başqa məməli heyvanların hamısı. 2. Timsahlar. 3. Şirinsu və quru tısbağaları. 4. İlanlar (cənub-şərqi adalara xas olan bəzi bao və su ilanlarını çıxmaq şərti ilə). 5. Demək olar ki, suda-quruda yaşayanların hamısı (ancaq Fidji adasında əsl qurbağa. Havay adalarında isə quru qurbağası vardır). Şirinsu balıqlarının sayı olduqca azdır, bunun əksinə olaraq quşlar daha çox yayılmışdır.
Qazaxıstanda poliqamiya
Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: “Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün”. Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü. İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün. == Qanun nə deyir? == Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz. Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi. Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar. Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil.
Malay-Polineziya dilləri
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.