Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pompey
Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir. Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Pepee
Pepee — Türkiyədə istehsal olunan cizgi filmi serialı. == Obrazlar == Pepee — ağıllı, şirin bir uşaq. Şuşu — serialda görünməyən, hadisələri izah edən və xarakterlərlə danışan adam. Şila — Pepeenin ən yaxın yoldaşı və xalası qızı. Zulu — Pepeenin ən yaxın yoldaşı. Pepee və Şila onunla bir çox şey öyrənir və yerli rəqsləri oynayır. Maymuş — Pepeenin meymun yoldaşı. Bebe — Pepeenin kiçik bacısı. Annee — Pepee və Bebenin anası. Babaa — Pepee və Bebenin babası.
Erigeron pauper
Erigeron pauper (lat. Erigeron pauper) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugenia pauper
Eugenia pauper (lat. Eugenia pauper) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Karl Popper
Ser Karl Raymond Popper (almanca: Karl Raimund Popper; 28 iyul 1902 — 17 sentyabr 1994) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin biruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi. Bunun sayəsində Karl artıq yeniyetmə ikən klassik fəlsəfə üzrə çoxsaylı əsərlərlə, habelə Karl Marks, Fridrix Engels, K. Kautski, E. Bernşteyn və sair kimi düşünənlərin sosial fəlsəfə üzrə araşdırmaları ilə tanış olmuşdur.
Mayk Pompeo
Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir. 18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib. == Həyatı == Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun oldu (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət elədi. Daha sonra isə Harvard Universitetində hüquq təhsili aldı. Harvard Law Review adlı jurnalın redaktəsini etdi. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurdu. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etdi.
Pompey Lakşmisi
Pompey Lakşmisi — fil sümüyündən hazırlanmış hind heykəlciyi; dağılmış Pompeyin yerində XX əsrin 30-cu illərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Ehtimallara görə bu hindust və buddistlərin məhsuldarlıq, gözəllik və var-dövlət ilahəsi hesab etdikləri Lakşminin heykəlciyidir. Heykəlcik hal-hazırda Neapol Milli Arxeologiya Muzeyinin Məxfi kabinəsində saxlanılır (№ 149425). == Tapılması == Heykəlcik Pompey xarabalığındakı böyük olmayan Via dell Abbondansa evindən tapılmışdır. Həmin ev hal-hazırda "Hind heykəlcikləri evi" adlanmaqdadır. Tapılma tarixi haqqında məlumatlar fərqlidir və əsasən 1930 − 1935-ci illər arasında dəyişir, bəzən isə 1938-ci il hesab olunur. Əgər ilahəni bəzəyən zinət əşyaları nəzərə alınmazsa, demək olar ki o, tamamilə çılpaq təsvir edilib. İki xidmətçi qadın – hər tərəfində biri olmaqla, onun sağında və solunda dayanıb və əllərində kosmetika vasitələri qutusunu saxlayıblar. Bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır.
Qney Pompey
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Amanda Poppe
Amanda Poppe (d. 20 iyul 1999) — Quamlı üzgüçü. Amanda Poppe Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Amanda Poppe birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.64 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikolay Poppe
Nikolay Poppe (rus. Никола́й (Ни́колас) Никола́евич По́ппе; 27 iyul 1897, Yantay[d] – 8 avqust 1991, Sietl, ABŞ) — Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi. == Həyatı == Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsində oxumuşdu (1916–21). SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Mongolistika şöbəsinin müdiri olmuşdu. Akademik olaraq Monqolustan, Şərqi Sibir, Özbəkistan, Azərbaycan və Şimali Qafqaz və başqa bölgələrə araşdırma səfərlərində olmuşdu (1926–40). 1933-cü ildə, daha 36 yaşındaykən ən genc üzv olaraq SSRİ EA-na qatıldı. II Dünya Savaşı sırasında olduğu Qafqazı işgal edən almanlar üçün tərcüməçilik etdi. Almanlar geri çəkilirkən ailəsini yanına alaraq onlara qatıldı. 1943–1945-ci illər arasında Berlin Universitetində Tatarca və Monqolca dərslər verdi. 1949-cu ildə ABŞ-yə köçdü.
Pompey (film, 2014)
"Pomey" (ing. Pompeii) — 2014-cü ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Filmdə kölə Maylo və Roma senatoruna nişanlı olan xeyirxah Kassiiyanın sevgisindən və Vezuviya vulkanının püskürərək qədim Pompey şəhərini yer üzündən tamamilə silinməsindən bəhs olunur.
Qney Pompey Maqn
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Botrys alba var. pauper
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Məhəmməd Popəl
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.