Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[…], Nöyi-sür-Sen – 11 aprel 1977[…]) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsə də, o, təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Prenam Pesse
Prenam Pesse (31 dekabr 1997) — Toqolu sprinter. Prenam Pesse Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Prenam Pesse birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.38 saniyəlik nəticə ilə 3-cü cığırda 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Petar Atsev
Petar Atsev (bolq. Петър Ацев) — bolqar inqilabçısı, Daxili Makedoniya-Adrianopol İnqilab Təşkilatının (IMARO) Prilep bölgəsi üzrə voyvodası idi. Şimali Makedoniyada o, etnik makedon sayılır. Petar Atsev 1877-ci ildə Osmanlı İmperiyasının o zamanlar Manastır Vilayətinin tərkibində olan Oreovec kəndində anadan olub. 1897-1901-ci illərdə o, Prilep və Kruşevoda, eləcə də Makedoniyanın bəzi kəndlərində müəllim işləmişdir. Qardaşları Mirçi və Georgi ilə birlikdə İMARO-nun inqilabi fəaliyyətinə qoşuldu. 1901-ci ildə sonralar Şakir voyvodası kimi tanınan Krastyu Germov onun inqilabi qrupunun üzvü olur. 1902-ci ilin əvvəlində Petar da azadlıq döyüşçüsü oldu və 1902-ci ilin mayında Prilep bölgəsi üçün regional voyvoda oldu. Atanas İvanov o zaman onun qrupunun üzvü idi. Petar Atsev Smilevo Konqresində Prilep inqilabi bölgəsinin nümayəndəsi idi, burada İlinden-Preobrajenie üsyanının təşkili və həyata keçirilməsi ideyasının əsas antaqonistlərindən biri idi.
Petar Koçiç
Petar Koçiç (serb. Петар Кочић; 29 iyun 1877, Striçiçi[d], Bosniya vilayəti, Osmanlı imperiyası – 27 avqust 1916, Belqrad, Serbiyada imperiya və kral hərbi administrasiyası[d], Avstriya-Macarıstan) — Serbiya və Bosniya yazıçısı, dramaturq, ictimai xadim, novellaçı və satirik. XX əsrin əvvəllərində serb ədəbiyyatının ən görkəmli xadimlərindən biri. Vyana Universitetində slavyanşünaslıq üzrə təhsil almışdır. Skopyedəki gimnaziyada dərs deyirdi. Sarayevo və ömrünün sonunda Belqradda yaşamışdır. Fəal radikal siyasətçi idi, ilk öncə ölkəsinin Avstriya Macarıstan tərəfindən işğalı, sonra da Bosniya və Herseqovinanın ilhaqı barədə narazılığını açıq şəkildə bildirirdi. Radikal görüşlərinə görə iki dəfə, 1907 və 1909-cu illərdə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən təqib edilərək həbs olunmuşdur. 1910-cu ildə Bosniya parlamentinə seçildi. Belqradın Yeni Qəbiristanlığında dəfn edildi.
Petar Stoyanov
Petır Stefanov Stoyanov (bolq. Петър Стефан Стоянов; 25 may 1952[…], Plovdiv) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002) Pyotr Stoyanov 1952-ci il may ayının 25-də Plovdivdə anadan olub. 1976-cı ildə Kliment Oxridski adına Sofiya Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra Plovdivdə vəkil işləyib. 1992-ci ildə 1944-cü ildən o dövrə qədər Bolqarıstanda mövcud olmuş və Filip Dimitrovun rəhbərlik etdiyi ilk qeyri-kommunist hökumətdə ədliyyə naziri vəzifəsini tutub. Bolqarıstanın Demokratik Qüvvələr Birliyinin üzvü olub. 1994-cü ildə 34-cü Xalq Toplantısına (Bolqarıstan parlamentinə) deputat seçilib. Elə həmin ildən Bolqarıstan DQB sədrinin müavini, turizm, gənclər və idman nazirinin müavini vəzifələrini tutub. 1996-cı ildə DQB-də keçirilən ilkin prezident seçkilərini 66% səs çoxluğu ilə qazanın və partiyanın Bolqarıstan prezidentliyinə namizədi olub. 1996-cı il noyabrın 2-də keçirilən prezident seçkilərində Stoyanov seçicilərin 59,73 %-nin (2 502 517) səsini qazanaraq Bolqarıstan prezidenti seçilib.
Terra preta
Terra preta (port. terra preta, port. terra preta do indio — qara torpaq, hindlilərin qara torpağı) — aşağı temperaturda aktivləşdirilmiş kömürə əsaslanan süni (antropogen) torpaqlar. Arxeoloqlar tərəfindən Amazon Hövzəsində (Braziliya) (Terra preta do indio) və dünyanın digər bölgələrində aşkar edilmişdir. Hal-hazırda, məhsuldarlığı artırmaq və bitki sağlamlığını yaxşılaşdırmaq üçün sənaye və sənətkarlıqla istehsal olunur. Terra preta torpaqlarının və kompostların istehsalı üçün biotexnologiyalar mövcuddur. Terra pretanın istehsalı üçün xammal kimi, bu texnologiyaların köməyi ilə zərərsizləşdirilən heyvan və insan nəcisindən istifadə edilə bilər. Həm tarixi, həm də müasir terra preta torpaqları aktivləşdirilmiş kömür və kompostla zəngindir. Tarixi torpaqlarda saxsı qablar, insan və heyvan sümükləri də var. Terra preta torpaqlarının təbii çernozemlərlə heç bir əlaqəsi yoxdur.
İnessa Rebar
İnessa Vasilyevna Rebar (ukr. Інеса Василівна Ребар; 4 yanvar 1978, Novodevitsa[d], Primorsk diyarı) — Ukrayna idmançısı, sərbəst güləş ilə məşğul olur. Avropa çempionatların qalibi və mükafatçısı olub. İnessa Rebar — International Wrestling Database (ing.) saytında profili.
Penar-valli
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Mari-Luis Koleyra Preka
Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti. == Bioqrafiyası == Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib. 1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir.
Pərgar
Pərgar (lat. circulus — dairə, çevrə) — çevrə və çevrə qövslərinin çertyojunu çəkmək, həmçinin xəritələrdə məsafələrin təyini üçün istifadə edilən alət. Həndəsə, rəsmxət, naviqasiya və başqa sahələrdə üçün geniş istifadə edilir. Pərgar metaldan hazırlanır və şarnirlə birləşdirilmiş iki hissədən ibarətdir. Adətən onlardan birinin sonunda iynə, o birinin sonunda — yazı predmeti (məsələn karandaş qrifeli) yerləşir.
Pərgar (bürc)
Pərgar (lat. Circinus) - göyün cənub yarımkürəsində bürc.