Protoplast
Hüceyrənin daxili tərkibi — protoplast adlanır. Protoplast hüceyrə orqanellərindən, mikroborucuqlardan, mikrostrukturlardan, membran sistemlərindən ibarətdir. Nüvəsiz hüceyrə tərkibi sitoplazma termini ilə ifadə olunur. Sitoplazmanın hüceyrə elementləri ilə zəif təchiz olunmuş hissəsi qialoplazma adlanır.
Protoplastın üst hissəsində, hüceyrə qlafı ilə əlaqədə olan xarici membranı – plazmolemma yerləşir. Vakupllar sitoplazmadan tonoplast – daxili membran vasitəsilə ayrılır. Mikroborucuqlar və mikrosisternlərdən ibarət olan endoplazmatik retikulum və ya endoplazmatik tor sitoplazmanın daxili membranları sayılır. Bütün membran sistemi dəyişkəndir. Onların eni 4–10 nm-dir. Membranların əsas komponentləri fosfolipid və zülallar hesab olunur; fosfolipidlərin daxili ikiqat qatı zülallrın ikiqat qatı arasında yerləşir.