protoplanet 2021
protoplatforma
OBASTAN VİKİ
Protoplast
Hüceyrənin daxili tərkibi — protoplast adlanır. Protoplast hüceyrə orqanellərindən, mikroborucuqlardan, mikrostrukturlardan, membran sistemlərindən ibarətdir. Nüvəsiz hüceyrə tərkibi sitoplazma termini ilə ifadə olunur. Sitoplazmanın hüceyrə elementləri ilə zəif təchiz olunmuş hissəsi qialoplazma adlanır. == Protoplastın membranı == Protoplastın üst hissəsində, hüceyrə qlafı ilə əlaqədə olan xarici membranı – plazmolemma yerləşir. Vakupllar sitoplazmadan tonoplast – daxili membran vasitəsilə ayrılır. Mikroborucuqlar və mikrosisternlərdən ibarət olan endoplazmatik retikulum və ya endoplazmatik tor sitoplazmanın daxili membranları sayılır. Bütün membran sistemi dəyişkəndir. Onların eni 4–10 nm-dir. Membranların əsas komponentləri fosfolipid və zülallar hesab olunur; fosfolipidlərin daxili ikiqat qatı zülallrın ikiqat qatı arasında yerləşir.