Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puşkiniya
Puşkiniya (lat. Puschkinia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Cins rus təbiətşünası A. A. Musin - Puşkinin şərəfinə adlandırılmışdır. Bu cinsin 2 növü məlumdur. Onların vətəni Qafqaz, Kiçik və Ön Asiyadır. Zümrüdvari puşkiniya (P. scilloides) yumru soğanaqlı, ətli yarpaqlı və mavi çiçəkləri olan bitkidir. Çiçək saplağında salxım çiçək qrupuna toplanmış 18-ə qədər çiçəyi vardır. Puşkiniya drenajlı məhsuldar torpaqlarda yaxşı inkişaf edir. Soğanaqları 12 sm dərinliyə əkilir. Bitki bordürlərin qurulmasında, qazonların mərkəzi hissəsində digər bitkilərlə birlikdə əkildikdə gözəl görünür.
Hiasintvari puşkiniya
Zümrüdçiçəkvari puşkiniya
Zümrüdçiçəyivari puşkiniya
Zümrüdçiçəyivari puşkiniya (lat. Puschkinia scilloides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin puşkiniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır.
Ursiniya
Ursiniya (lat. Ursinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins "dendrologiya" dərsliyinin müəllifi İ.X.Ursinusun (1608-1666) şərəfinə adlandırılmışdır.Gülçülükdə Ursiniya cinsinin 2 növündən istifadə olunur.Gözəl ursiniya (U.speciosa) yabanı halda Cənubi Afrikada bitir.Hündürlüyü 40 sm-ə çatan budaqlı bitkidir.Səbətşəkilli hamaşçiçəyin mərkəzində yerləşən boruvari çiçəkləri sarı,dilcikli çiçəkləri isə ağ ya da sarı rəngdədir.Müxtəlif rəngli ursiniyanın (U.versicolor) hündürlüyü 50 sm-ə çatır.Bu növ bitkilərin hamaşçiçəklərində boruvari gülləri darçını,dilcikli çiçəkləri isə sarı rəngdədir.Dilcik çiçəklərin oturacağında tünd xal vardır.Bitkini toxumla çoxaldırlar.Cücəertiləri 25x25 smsxemi üzrə seyrəkləşdirirlər.Ursiniyadan yaşıllaşdırmada müxtəlif kompozisiyalar yaratmaq olar.O, kəsilmiş halda uzun müddət qalır.Bitki qruplarda,qarışıq əkinlərdə və qazonlarda gözəl görünür. == Sinonim == Sphenogyne R.Br. Ursiniopsis E.Phillips Chronobasis DC. ex Benth. & Hook.f. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.