Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrızlılar
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Qılçalar
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Qırğılar
Qırğılar (lat. Accipitridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qırğılara Antarktida və bir neçə okean adaları istisna olmaqla bütün qitələrdə rast gəlinir. Tropik iqlimi olan zonalarda daha rəngarəng və çoxsaylıdır. Elə növləri var ki, arealı dünyanın çox hissəsini əhatə edir. Müxtəlif landşaft tiplərinə aid yerlərdə — meşələrdə, tundrada, çöllərdə, səhralarda, hətta hündürlüyü dəniz səviyyəsindən 7000 m-dək dağlıq ərazilərdə belə rast gəlinir.
Qızıllar
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Qızıllılar
Qızıllılar- türk tayfası Kəngər tayfasından olmuşlar (bax Kəngərlər). XVIII əsr-XIX əsrlərə aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan kəngər mənşəli bir sıra qol və tirələrin içərisində qızıllı nəslinin də adı çəkilir. Azərbaycan hökmdarı Nadir şah Əfşarın hakimiyyəti illərində (1736-1747) Naxçıvandakı Qızıllılara inzibati cəhətdən öz aralarından çıxmış vəkil və ağsaqqal rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının ayrı-ayrı kəndlərində qızıllı nəslinin qızılbaşlıq, qızıllı-Pirhəsən qolları məskunlaşmışdır.Maldarlıqla məşğul olmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 278. ISBN 5-8066-1468-9.
Qıjılar
Qıjılar (lat. Polypodiopsida) – qıjıkimilər şöbəsinə aid bitki sinfi.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Qırğılar (yarımfəsilə)
Qırğılar (lat. Accipitrinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Toxumlu qıjılar
Toxumlu qıjılar (lat. Pteridospermopsida) — çılpaqtoxumlular şöbəsinə aid nəsli kəsilmiş bitki sinfi. Meyen S. V. Ginkgo — a living pteridosperm // The International Organisation of Palaeobotany Newsletter. 1981. N 15. P. 9—11.
Əsl qıjılar
Əsl qıjılar (lat. Polypodiales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi.
Qızıllar yaşayış yeri
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Əsl qıjılar (sıra)
Əsl qıjılar (yarımsinif)
Əsl qıjılar (lat. Polypodiidae) — qıjılar sinfinə aid bitki yarımsinfi.
Qrız və qrızlılar (kitab)
Qrız və qrızlılar — Şahmurad Qrızlının Qrız və qrızlılar haqqında yazdığı kitab. 1996-cı ildə Hacı Qəzənfər Hacı Səfər oğlu Hacıpirmuradovun sponsorluğu ilə Bakıda “Araz” nəşriyyatında nəşr olunmuşdur. Kitabın redaktoru Əlirza Sayılovdur.
Gilanlar
Böyük Gilanlar — Qəmərli rayonunda kənd. Kiçik Gilanlar — Qəmərli rayonunda kənd.
Gilanlılar
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Böyük Gilanlar
Böyük Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930-cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. "İrəvan əyalətinin icmal dəftərin"də Böyük Gilan, Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar formalarında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914-cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939-cu ildə 339 nəfər, azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri — azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.
Kiçik Gilanlar
Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan, Qafqazın 5 verstlik xəritəsində Kiçik Gilyanar formasında qeyd edilmişdir. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır.
Qişalılar (Tunicata)
Vins Qilliqan
Corc Vinsent Qilliqan Cr. (ing. George Vincent Gilligan Jr.; 10 fevral 1967, Riçmond) — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "Breaking Bad" və onun spin-offu olan "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır. Qilliqan televiziyadan əlavə, 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır. Həmçinin o, 2019-cu ildə ekranlara çıxan "Breaking Bad" serialının davam filmi olan "El Kamino"nun rejissorluğunu və prodüserliyini etmişdir. Vins Qilliqan 10 fevral 1967-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Onun anası Gail ibtidai məktəb müəllimi, atası Corc sığorta sahəsində çalışıb.
Barbara Gillian Briggs
Barbara Cillian Briqqs (ing. Barbara Gillian Briggs d: 1934) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Barbara Cillian Briqqs əsasən toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Briggs, B.G. 1962. Interspecific hybridization in the Ranunculus lappaceus group. Evolution 16: 372–390. Johnson, L.A.S., & Briggs, B.G. 1963. Evolution in the Proteaceae. Austral. J. Bot.